Əsas səhifə Biznes 11 ayda 1 milyard dollar gəlir əldə edən oyun – Clash Royale

11 ayda 1 milyard dollar gəlir əldə edən oyun – Clash Royale

1450
Paylaş

Clash of Clans sayəsində mobil oyun bazarında özünə layiqli yer tutan oyun şirkətlərindən biri olan Supercellin 2016-cı ildə istifadə təqdim etdiyi CLASH Royale pyunu 11 ay ərzində 1 milyard dollar gəlir gətirib. 2 Mart 2016 tarixində Android və iOS platformaları üçün yaradılan Clash Royale 1 milyard dollar gəlir sərhədini aşan az sayda mobil oyundan biri olmağı bacardı.

Xatırladaq ki, 1 milyard dollar gəliri 7 ay ərzində qazanmağı bacaran Pokemon Go, Clash Royale oyunuyla birlikdə 2016-cı ilə damğasını vurmuşdu. Qazancının böyük hissəsini Clash of Clans oyunundan əldə edən Supercell, 2016-ci ildə ümumilikdə 2.3 milyard dollar gəlir əldə etməyi də bacardı.