Əsas səhifə Xəbərlər Digər xəbərlər 108 brend “YouTube”a qarşı birləşdi

108 brend “YouTube”a qarşı birləşdi

77
Paylaş

YouTube qlobal istiləşmə ilə bağlı dezinformasiya çarxlarında iri brendlərin reklamlarından istifadə edib. Bu barədə Avaaz qeyri-kommersiya təşkilatına istinadən The Verge xəbər verir.

Aktivistlər, YouTube-un arzuolunmaz videolarda Samsung,Uber, Nintendo, Showtime, Harley Davidson, Warner Bros, həmçinin, Greenpeace və WWF ekoloji təşkilatları da daxil olmaqla 108 brendin  reklamından istifadə etməsini təsdiqləyirlər.

Söhbət, iqlim dəyişikliyi, qlobal istiləşmə və iqlimə manipulyasiya sui-qəsd nəzəriyyəsi haqqında videoçarxlardan gedir. Videolar 21 milyondan çox baxış sayı göstərib. Bu videolar iqlim dəyişikliyini inkar edirlər: bəzi videolar istixana qazları tullantılarının temperatur artımına və Yerin səthinə təsiri ilə bağlı elmi nəzəriyyələri şübhə altında qoyurlar.

Samsung və ekoloji təşkilatlar da daxil olmaqla, 10 brend reklamlarının həmin çarxlarda getməsindən xəbərsiz olduqlarını Avaaz-a bildiriblər. Aktivistlərin sözlərinə görə, adıçəkilən platforma həm də tövsiyələrin köməyilə dezinformasiya videoçarxlarını təşviq edir.

İttihamlara cavab olaraq YouTube, araşdırma metodologiyasını şübhəli adlandırıb və belə izah edib ki, meydança iqlim dəyişikliyi mövzusu ilə əlaqədar üstünlüyü avtoritet videolara verir.

Avaaz reklamçıları YouTube videoxidmətinə təsir göstərməyə çağırıb ki, o, arzuolunmaz çarxları reklam etməyi və onlara reklamlar yerləşdirməyi dayandırsın.