Bonhams hərrac evinin keçirdiyi hərracda dünyada ən bahalı fransız avtomobili olan 1914-ci ilin Peugeot L45 Grand Prix Two-Seater modeli satılıb. İndianapolisdə yarışan klassik yarış avtomobili 7 milyon 260 min dollara satılıb.
Satışına bir milyon dollardan start verilən yarış avtomobili orijinal kuzovunu və güc qurğusunu qoruyub-saxlayıbdır. Peugeot L45 Grand Prix Two-Seater 112 at qüvvəsinə malik olan 4,5-litrlik dörd silindrli mühərrik ilə hərəkətə gəlir. Ehtimallara görə, bu L45 modelinin bizim günlərə qədər gəlib çatan iki nüsxəsindən biridir.
Yarış Peugeot L45 avtomobilin dörd sahibi olubdur: 1914-cü ildə avtomobili ehtiyat bolidi kimi saxlayan Peugeot şirkəti özü, 1916-cı ildə İndianapolisdə üçüncü yer tutmuş Ralf Malford, 1919-1920-ci illərdə yarışmış Art Klyayn və nəhayət 1949-cu ildə avtomobili öz kolleksiyasına qatan amerikalı iş adamı Lindley Botsuell.
Avtomobili əldə edən Botsuell dərhal İndianapolis trekinə yollanaraq, onunla dörd dövrə vurmuşdur. Bu zaman avtomobilin ortalama sürəti 166 km/saat olub. Bundan sonra, 2003 və 2011-ci illədə Peugeot L45 Qodvud sürət festivalı çərçivəsində keçirilən yoxuşa çıxma yarışlarında iştirak edib. 2014-cü ildə L45 Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsinə qatılıb.
©autograph