100 milyard dollarlıq satınalma təklifi

Date:

Paylaş:

Dünyanın ən iri çip istehsalçılarından biri olan “Broadcom”, 100 milyard dollarlıq təkliflə başqa bir böyük istehsalçı “Qualcomm”u satın almaq istəyir. Razılaşma baş tutarsa 200 milyard dollarlıq nəhəng bir şirkət “doğulacaq”.

“Marja” Qərb mətbuatına istinadən xəbər verir ki, texnologiya nəhəngi “Broadcom”, başda “Apple”, “Samsung” və “LG” olmaqla  bir çox markaya çip istehsal edən “Qualcomm”u satın almaq üçün təklif təqdim edib.

ABŞ mətbuatında üç müxtəlif mənbəyə istinadən çıxan xəbərlərdə, bir səhmə ən azı 70 dollardan 100 mmilyard dollar həcmindəki təklifin qəbul edilməsi halında tarixin ən böyük texnologiya satınalmasının baş verəcəyi qeyd olunub. “Broadcom”un nağd pul axını üçün 5 böyük bankla birlikdə çalışdığı da qeyd olunur.

Ağıllı telefonlar üçün çiplər istehsal edən dünyanın ən böyük şirkətlərinin eyni “çətir” altında birləşməsi halında 200 milyard dollarlıq nəhəng bir şirkət ortaya çıxacaq.

Digər tərəfdən, Hollandiyanın yarımkeçirici və çip istehsalçısı NXP-ni satın almaq üçün “Qualcomm”un təqdim etdiyi 38 milyard dollarlıq təklifin aqibətinin nə olacağı da maraq mövzusudur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...