“10 yaşımdan öz şəxsi biznesimi idarə edirəm”

1
3844

“17 yaşımdan mən “gözəllik salonları” biznesindəyəm. Bu da təxminən 20 il edir. 10 yaşımdan isə öz şəxsi biznesimi idarə edirəm. Hal-hazırda 7 gözəllik salonu və 150-ə yaxın işçim var”.

Bu sözləri “Beauttech Beauty Salons Azerbaijan” şirkətinin direktoru Elnarə Naxmədova öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, “salon biznesi”, təkcə Azərbaycanda deyil, bütün dünyada populyarlığının zirvəsindədir: “Əksər insanlar yaxşı qazanca ümid edərək, “gözəllik salonu”nu inkişaf etdirirlər”.

 E.Naxmədova uzunmüddətli təcrübəsinə əsaslanaraq, həm “gözəllik salon”unun direktorları, həm də ustaların nəticə çıxartmağı üçün özünün məsləhətlərini paylaşıb:

“Hər ay mən belə gözəllik salonlarının açılması ilə bağlı, ya da mənfəət gətirməyən sektordan qurtulmaq və kirayəyə yer verilməsi üçün kömək mesajları alıram.

Aldığım mesajlara və şəxsi təcrübəmə əsaslanaraq belə bir status yazmağa qərara aldım. Güman edirəm, yazı direktor və ustalara nəticə çıxarmağa imkan verəcək”.

Direktor:

1. Salon açanda heç vaxt yaxın insanlara və qohumlara bel bağlamayın. (Onları incitməmək üçün. İki dəfə gələcəklər, amma sonra yox olacaqlar. Başqa ustalara üstünlük verin;

2. Dizayn və təmir işlərinə milyonlar xərclməyin. (Ödəniş edilənə qədər yenidən təmir etməli olacaqsınız);

3. Salon biznesini uğursuzluğa aparan ən böyük səhvlərdən biri də direktorların usta transferi üçün 5,10, 15 min manat ödəniş etməsidir. Pulla alınan ustalar daimi kadrlar olmayacaqlar. Hesablamaq və statistik analizlər apara bilməyən qadın direktorlar qarşıda nələrin ola biləcəyini görə bilməyəcəklər. Məsələn, usta birinci il ziyana gedəcək, ən yaxşı halda birinci ili ödənilmiş gəliri doğruldacaq, yoxsa ikinci il gəlir gətirəcək, ya da növbəti il heç nəyə işləməyəcək. Direktor anlamağa başlayanda ki gözləntilər özünü doğrultmur, bu vaxt münaqişələr yaranr, iddialar irəli sürülür və siz artıq öz ustanızı itirmiş olursunuz;

Ustalar:

1. Dünyanın heç bir yerində yaxşı usta almaq üçün ipucları yoxdur. (Professional ustalar satılmır);

2. Özünüzə əvvəlcədən bir qiymət qoymaq, sizin reputasiyanıza zərər verəcək;

3. Məşhur və professional atmosferi olan salondan yeni açılan yerə getmək nə olacağını bilmədiyiniz hovuza atılmaq kimi bir şeydir. (Yaxşı salon bazarda ən azı 2 il qalmalıdır);

4. 90% hallarda sizin direktor ilə konfiliktiniz olacaq, hansı ki, siz salona daha çox gəlir gətirirsiniz. (Direktor həmişə sizdən daha çox qazanmağa bel bağlayır);

1 COMMENT