Tina Lam və Michael Cheng daşınmaz əmlak sektorunda uğurlu işlər görən cütlükdür. 10 il əvvəl San Franciskoda gözəl bir ev axtarırdılar. Şəhərin prestijli yerlərindən birində bəyəndikləri evi almağa imkanları çatmamışdı. Ev sahibindən endirim tələb etsələr də işə yaramamışdı. Ancaq 10 il sonra onlar sözün əsl mənasında intiqamlarını alıblar.
Tina və Michaelin 10 il əvvəl ev belə ala bilmədikləri şəhərdə küçəni satın almaları çox maraqlıdır.
Bir gün qəribə bir hadisə baş verdi. Presidio Terrace adlı küçə hərraca çıxarılmışdı. Bəs necə ola bilər ki, küçə hərraca çıxarıla bilər?
Həmin bölgədə yaşayan əhalinin 2 il boyunca 14 dollarlıq vergini ödəməməsi küçənin şəhər bələdiyyəsi tərəfindən hərraca çıxarılmasına səbəb oldu. Əmlak işində uğurlu olan və 10 il ərzində yaxşı pul qazanan Tima və Michael küçəni satın aldılar.
Hərracın nəticəsində 90.100 dollar qarşılığında küçə onların oldu.