Hamımız hər hansısa yolla pul toplamaq istəyirik. Kimi bunu gündəlik 3 manatlıq qəhvəsindən, kimisi isə füsunkar ailə tətilindən imtina edərək edə bilər. Amma nəticədə hamının özünə xas pul toplamaq yolu var. Aşağıda məsləhət gördüyümüz fikirlərdən istifadə edərək sizə ən uyğun olan pul toplama yolunu tapa bilərsiz.
- Borclarınızdan qurtulun.
Əgər büdcə hazırlayaraq, pul toplamağa çalışırsız, amma hələ də xeyli miqdarda borcunuz varsa, əvvəlcə bu borcu bağlamaqla işə başlayın. Bunun fayda vermiyəcəyini düşünürsüzsə, hər ay borcunuzu ödəmək üçün nə qədər pul xərclədiyinizi hesablayın. Sonra bu miqdara görə büdcənizi yenidən formalaşdırın. Borcunuzun faizlərini ödəyib, tamamladıqdan sonra pulunuz asan şəkildə toplamağa başlaya bilərsiz.
- Hədəf toplama miqdarı müəyyənləşdirin.
Pul toplmağın ən asan yollarından biri də tam olaraq nə qədər pul toplamaq istədiyinizi bilməkdir. Motivasiya üçün müəyyən bir zaman ərzində özünüz üçün hədəf pul miqdarı müəyyənləşdirin. 3 il ərzində 25% nağd ödənişli bir ev almaq istəyirsiz? Artıq sizin pul toplamaq üçün bir hədəfiniz var.
- Əvvəlcə özünüzə pul ödəyin.
Hər maaş günündə avtomatik olaraq borc qaytarmazdan əvvəl bir miqdar pulu özünüz üçün ayırdığınız pul hesabına qoyun. İki həftədə 20 manat və ya 100 manat olsa da, özünüzə düzgün bir pul miqdarında məhrum etməyin.
- Siqareti atın.
Siqareti atmaq heç asan bir iş deyil, amma əgər gündə bir və ya yarım qutunu bitirirsizsə, siqaretə illik təqribi 1156 manat pul xərcləyirsiniz deməkdir. Bu pulu siqaretə vermək yerinə, asanlıqla yığa bilərsiz. Beləcə həm daha sağlam həyat tərzinə sahib olar, həm də daha asan pul toplayarsız.
- Tətilinizi evdə keçirin.
Uzaq yerlərə gedə bilmək üçün verəcəyiniz bahalı təyyarə bileti yerinə, evinizdə və ya da bağınızda dostlarınızla əyləncəli və hüzur verən tətil keçirmək daha məqsədəuyğundur. Əgər həqiqətən yaşadığınız yerdən biraz uzaqlaşmaq istəyirsizsə və tətil keçirəcəyiniz məkana maşınla getmək mümkün olmayacaqsa, onda təyyarə bletinizi əvvəlcədən ucuz almağa çalışın.
- Pul toplamaq üçün xərcləyin.
Evdəki xüsusilə elektron əşyaların istifadə xərcləri təəssüf ki, çox yüksək olur. Amma yaxşı xəbər budur ki, rahatlığınızdan imtina etmədəndə bu xərcləri azalda bilərsiz. Məsələn çox işıqlı çılçıraq yerinə 10-15 qat daha güclü və sadəcə 40 Watt”la daha çox işıqlı olan sadə lampalardan istifadə edin. Bunun kimi başqa enerji qənaətli əşyalar istifadə edərək, zaman içərisində minlərlə manat pul toplaya bilərsiz.
- Daha az istifadə edin.
İstilik dərəcəsini 10°C azaldaraq enerji xərclərinizə 0,05 qədər qənaət edə bilərsiz. Əlavə olaraq istifadə etmədiyiniz elektronik əşyaları elektrik mənbəyindən ayıraraq da elektrik xərcini daha aşağı olmasına nail ola bilərsiz.
- Nahar yeməyiniz özünüz düzəldin.
Asanlıqla pul toplamağın bilinən bir yolu da hər gün çıxan xərclərdən azaltmaqdır. Əgər işdə yemək almaq sizə 4 manata başa gəlirsə, evdən gətirərək bir il içində təqribi 1040 manat qənaət etmiş olacaqsız.
- Faizli hesab açın.
Çoxumuz üçün müddətsiz hesabımızdan ayrı tutmaq pul miqdarımızı azalda bilər. Əgər hədəfiniz daha uzunmüddətlidisə, məhsuldarlıq faizi daha yüksək məhsullar seçin.
- Xərcləriniz illik miqdara çevirin.
Əgər qəlyanatı üçün həftəlik 6 manat verirsizsə, bu illik olaraq 289 manat büdcənizdən ayrılan pul deməkdir. Fərqinə varsaz, görərsiz ki, xırda bir vərdiş sizə necə ziyan vura bilər.