1 milyon manatdan çox qalıq vəsaiti olan mikro sahibkarlar əmlak vergisi ödəyəcək

Date:

Paylaş:

Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olduğu halda, həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir. Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1 milyon manatdan artıq olduğundan, mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad olub.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...