Əsas səhifə Biznes sahələri Texnologiya 1 milyon dollarlıq mini kompüter təqdim edilib

1 milyon dollarlıq mini kompüter təqdim edilib

728
Paylaş

İsveçrənin “Prime Computer” kompüter istehsalçısı “PrimeMini 3” mini-kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb. Sözügedən mini-kompüter “Intel Core i5-6260U” prosessoru, daxili “Intel Iris Graphics 540” qrafik sürətləndiricisi, 8 QB-lıq “DDR4” əməli yaddaşı, 250 QB-lıq “Samsung EVO” SSD diski, “Wi-Fi 802.11ac”, “Bluetooth” ilə təchiz edilib və “Windows 10 Home” sisteminin idarəetməsi altında işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Prime Computer” adlı kompüterdə şirkətin bütün məhsullarında tətbiq edilmiş ventilyatorsuz soyutma texnologiyasından istifadə olunur. İstehsalçı “PrimeMini” 3 kompüterinin xüsusi versiyasını 18 karatlıq qızıldan hazırlanmış korpusla təchiz edib. Məhz bu səbəbdən mini-kompüterin qiyməti 1 milyon dollar təşkil edir.

Şirkət belə kompüterin istehsalı üçün 500 min dollar dəyərində qızıldan istifadə edir. 10 ədəd qızıl “PrimeMini 3” mini-kompüteri istehsal ediləcək. Bu kompüterlər Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan müştərilər üçün nəzərdə tutulub.


©banker