Əsas səhifə Biznes 1 milyard dollarlıq satın alma: Simit sarayının 10 faizi ərəblərə satıldı

1 milyard dollarlıq satın alma: Simit sarayının 10 faizi ərəblərə satıldı

997
Paylaş

Bakıda da şöbəsi fəaliyyət göstərən Türkiyənin “Simit Sarayı” şirkətinin  10%-i Səudiyyə Ərəbistanının “Fawaz Alhokair” qrupuna satılıb. “Marja” Türkiyə mətbuatına istinadən xəbər verir ki, satınalma ilə bağlı müqavilə imzalanıb.

“Fawaz Alhokair” Qrupunun sədr müavini Abdul Majeed Alhokair-ın “Simit Sarayı”nın  idarə heyətinin üzvü təyin olunacaqdır.

Səudiyyə Ərəbistanının ən böyük pərakəndə satış şirkətlərindən biri olan “Fawaz Alhokair”, 2014-cü ildə “Simit Sarayı” ilə master imtiyaz sazişi imzaladıqdan sonra Orta Şərq və Şimali Afrika bölgəsində təxminən 50  “Simit Sarayı” mağazası açmışdı.

DAHA 250 FİLİAL AÇACAQ

“Fawaz Alhokair” Qrupu gələcək 4 ildə 250-dən çox mağaza açaraq bütövlükdə 300-dən çox “Simit Sarayı” mağazası açmağı planlaşdırır. Qrup, Zara, Banana Republic, Gap, Nine West and Topshop kimi markaların da master imtiyaz haqlarına sahibdir.

Bundan öncə xəbər verdiyimiz kimi, “Simit Sarayı” şirkəti, rəqibi  “Komşufırın”ı satın almaq üçün danışıqlar aparır.

“Simit Sarayı”  son dövrlər sürətli böyüyür.  Şirkətin 250-si Türkiyədə olmaqla cəmi 400 şöbəsi var. 2016-da 100 milyon dollar ixracat həyata keçirən şirkətin 2017 hədəfi isə 200 milyon dollardır.

“Simit Sarayı”nda sadəcə simit deyil, ağlınıza gələ biləcək bir çox ləzzət var: Dadlı simitlər, sendviçlər, simit-burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, Çıtır hotdoq, pendirli şüyüdlü poğaça, şirniyyatlar, tortlar.

Sıfırdan yaranan dünya brendi – Simit Sarayı