Əsas səhifə Biznes Biznes məqalələri 0-dan $57 milyona qədər: Outdoor Voices şirkətini qurmuş gənc bir xanım

0-dan $57 milyona qədər: Outdoor Voices şirkətini qurmuş gənc bir xanım

449

2012-ci ildə Tyler Haney-nin paltarların dizaynı və dəb haqqında heç bir məlumatı yox idi. Buna baxmayaraq, bu gənc xanım 6 ilə yeni şirkət quraraq, $57 milyon sərmayə cəlb edə bilmişdir. Hal-hazırda, idman paltarlarının istehsalı ilə məşğul olan Outdoor Voices şirkəti, Nike ilə rəqabət aparır.

O bunu necə bacarıb

2012-ci il. Tyler hər səhər-səhər qaçmağı çox sevən bir insandır. Bir gün onun ağlına özü kimi səhərlər qaçmağı sevən xanımlar üçün idman paltarını yaratmaq ideyası gəlmişdir. Lakin, həmin dövrdə Tyler-in bu sahədə məlumatlı deyildi.

O qərar verir ki, hər bir şeyi sıfırdan öyrənəcək. İlk növbədə, Tyler tikiş kurslarına yazılaraq, orada dərs götürməyə başladı. Daha sonra isə gənc sahibkar bir neçə ideyanı “sketched” edərək, onları təcəssüm edə biləcək dizaynerin axtarışına düşür.

Hazırladığı nümunələrə əsaslanaraq, Tyler, ailə üzvləri üçün bir neçə idman formasını yaratmışdır. Yaxınlarının fikrini öyrənmək məqsədi ilə, o, onlardan daim soruşurdu: “Paltarların görünüşündən xoşunuz gəlir?”, “O sizə uyğun oldumu?”. Tyler-in dostları isə cavab olaraq bildirmişdirlər ki, onun hazırladığı paltarlar çox gözəl və rahatdırlar.

Yaxınlarının müsbət rəyini aldıqdan sonra, Tyler iş yerini tərk edərək öz diqqətini yeni Outdoor Voices brendinin formalaşmasına yönəltdi.

2014-cü ilin yanvarı. Tyler idman formaların bir neçə nümunəsini London, Ostin (Texas) və Nyu-York  şəhərlərində yerləşən kiçik butiklərə göndərir. Londondakı butik bu idman paltarları bəyənərək, istehsalçıdan daha 11 min ədəd sifariş edir. Bu sifarişi yerinə yetirmək üçün, Tyler, ailənin bütün pul ehtiyatını xərcləməli olmuşdur.

Kiçik uğurdan sonra, o, satışları birbaşa həyata keçirmək məqsədi ilə öz internet saytını yaratmaqda müvəffəq olur.

2014-cü ilin oktyabrı. Ostin şəhərinə səfər edən zaman, Tyler aşkar etmişdir ki, orada heç bir idman brendinin nümayəndəliyi yoxdur. Belə ki, o, ilk mağazasını Ostində açmağa qərar vermişdir.

2015-ci ilin apreli. Tyler sərmayəçilərin diqqətini çəkərək 1,1 milyon dollar sərmayə cəlb edir.

Sonrakı illərdə mağazanın Nyu-York şəhərində ikinci filialı açılır, bu haqda Vogue nəşri yazmışdır. Açılış Tyler üçün Nyu-Yorkda keçirilmiş Fashion Week-də iştirak etmək fürsətini yaratmışdır. Bu isə həm mağazaların sayının, həm də sərmayələrin həcminin artmasına təkan verdi (ildə 400%-ə qədər). Qeyd edək ki, brend ümumilikdə 57 milyon dollar sərmayə cəlb edib.

Hər şey “Mən istəyirəm, amma bu haqda heç nə bilmirəm” sözlərindən başlamışdır.

1 rəy

Leave a Reply to Ezizaga Cancel reply

Please enter your comment!
Please enter your name here