2012-ci ildə “Zapier” in heç bir dənə də olsun istifadəçisi yox idi. Hal-hazırda isə onların sayı 2 milyona yaxındır. İllik artım 50% təşkil edir.
Adətən ilk istifadəçiləri cəlb etmək çox çətin olur.
“Zapier” in təsisçisi olan Wade Foster, bu maneələri belə dəf etdi:
- O, Evernote, Salesforce, Dropbox və digər forumlarda digər xidmətlərlə inteqrasiya istəyini əks etdirən mesajlar axtarmağa başladı. Təxminən belə bir şey: “Mən Evernote xidmətini çox sevirəm, amma bu xidmət Dropbox ilə inteqrasiya etsəydi çox əla olardı”.
- O, bu tip mesajlara cavab verməyə başladı: “Salam, bunu bu cür edə bilərsən (və API-nin köməyi ilə istifadəçiyə bu işdə kömək etməyə çalışırdı, onun proqramlaşdırmanı bacarması şərti ilə). Alternativ variant kimi hal-hazırda hazır inteqrasiyaları təqdim edən sayt üzərində çalışıram. Əgər maraqlıdırsa, aşağıdakı ünvana daxil ola bilərsən”.
- O, hər bir istifadəçidən 5-10 dənə analoji mesaj qəbul edirdi. Bundan əlavə olaraq, iri şirkətlərin işçilərindən əməkdaşlıq təklifləri gəlməyə başladı.
- Wade onlara saytının beta-versiyasını təklif edirdi, adətən bunun dəyəri 1-100 dollar arasında dəyişirdi. Burada əsas məqsəd məqsədli auditoriyanı toplamaq idi.
- Hal-hazırda, “Zapier” ildə 35 milyon dollar generasiya edir.