Əsas səhifə Biznes Keyslər 0-dan 2 milyon istifadəçiyə qədər – Zapierin keysi

0-dan 2 milyon istifadəçiyə qədər – Zapierin keysi

92

2012-ci ildə “Zapier” in heç bir dənə də olsun istifadəçisi yox idi. Hal-hazırda isə onların sayı 2 milyona yaxındır. İllik artım 50% təşkil edir.

Adətən ilk istifadəçiləri cəlb etmək çox çətin olur.

“Zapier” in təsisçisi olan Wade Foster, bu maneələri belə dəf etdi:

  1. O, Evernote, Salesforce, Dropbox və digər forumlarda digər xidmətlərlə inteqrasiya istəyini əks etdirən mesajlar axtarmağa başladı. Təxminən belə bir şey: “Mən Evernote xidmətini çox sevirəm, amma bu xidmət Dropbox ilə inteqrasiya etsəydi çox əla olardı”.
  2. O, bu tip mesajlara cavab verməyə başladı: “Salam, bunu bu cür edə bilərsən (və API-nin köməyi ilə istifadəçiyə bu işdə kömək etməyə çalışırdı, onun proqramlaşdırmanı bacarması şərti ilə). Alternativ variant kimi hal-hazırda hazır inteqrasiyaları təqdim edən sayt üzərində çalışıram. Əgər maraqlıdırsa, aşağıdakı ünvana daxil ola bilərsən”.
  3. O, hər bir istifadəçidən 5-10 dənə analoji mesaj qəbul edirdi. Bundan əlavə olaraq, iri şirkətlərin işçilərindən əməkdaşlıq təklifləri gəlməyə başladı.
  4. Wade onlara saytının beta-versiyasını təklif edirdi, adətən bunun dəyəri 1-100 dollar arasında dəyişirdi. Burada əsas məqsəd məqsədli auditoriyanı toplamaq idi.
  5. Hal-hazırda, “Zapier” ildə 35 milyon dollar generasiya edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here