Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 429,9 min ton, süd istehsalı 1,8 faiz artaraq 1 milyon 751,4 min ton, yumurta istehsalı 8,1 faiz artaraq 1 milyard 531,7 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olmuşdur.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 64 milyon 172 min dollar dəyərində 41786 ton ət idxal edilib. Öən ilin eyni dövrü ilə müqayisədə ət idxalı məbləğ ifadəsində 6 milyon 952 min dollar və ya 12,1%, miqdar ifadəsində isə 2957 ton və ya 7,6% artıb.