Əslində Sən Kimsən? – Özünü Kəşf etmək Yolu

0
1202

Sən əslində kimsən? Özünü tanıyırsanmı? Həqiqətən nəyə ehtiyacın var bilirsənmi? Özünü tanımaq, nəyə ehtiyacın olduğunu və nəyə ehtiyacın olmadığını bilməkdir. Bu çox əhəmiyyətlidir və hətta mənə görə müdriklikdir.

Həyatda etdiyin bir çox şey, yoxluğunu hiss etdiyin ya da sənə yaxşı təsir edəcəyini düşündüyün üçün etdiyin şeylərdir. Amma özünü tanımırsansa, bəlkə dərman deyə etdiyin şey, sənə ən çox zərər verəndir. Yaxından baxanda anlamaya bilərsiniz. Özünüzü bir az tanımaq üçün kənardan baxmaq lazımdır. Özünü tanımaq uzun bir yoldur, bu yazıda sizə yalnız başlanğıc üçün bəzi məsləhətlər verəcəm.

Bəzi suallar verəcəyəm, səndə bu sualları özündən soruşmalısan. Heçkimin olmadığı bir vaxt bu sualları özün cavablandırmalısan. Bir növ özünlə söhbət edəcəksən, onu tanımaq üçün ondan suallar soruşacaqsan.

  • Fikirləş, nə edərkən vaxtın necə keçdiyini anlamırsan, özünü daha canlı, məhsuldar və xoşbəxt hiss edirsən?
  • Çox Yorğunsan, əhvalın yaxşı deyil. Hətta bu cür hallarda belə, nə etməkdən zövq alırsan?
  • Biri sənə heç istəmədiyin şeylər edir və ya etdirir? Necə hiss edərsən, necə reaksiya verərsən?
  • Məsələn, işindən ya da münasibətindən heç razı deyilsən. Amma yenə də belə  davam edirsən. Səni buraxmaqdan, uzaqlaşmaqdan saxlayan şey nədir?
  • Bu dünyadan köçüb gedəndə, geridə necə bir iz buraxmaq istəyirsən?
  • Sahib olduğun xüsusiyyətləri bir əşya kimi düşün və siyahı şəklində yaz. Faydalı, iddialı, qısqanc, tənbəl. Mümkün qədər uzun bir siyahı tut. Bu əşyalardan hansılar çox qiymətlidir, hansılar sənə zərər verir və xilas olmalısan?
  • Əgər özünü səni tanıyan insanlardan soruşsan, sənin haqqında yaxşı və pis olaraq nələri deyərdilər?
  • Sən yatarkən, gecə yanına sehrli gücləri olan biri gəlir və sənin həyatındakı bütün problemləri həll edir. Amma sənin bundan xəbərin yoxdur. Səhər oyandığında nəyin dəyişdiyini görərsən?

​Güllü Nağıyeva, banco.az