Ərzincanlı çoban Zaç Erdem 200 dollarla getdiyi ABŞ-da milyoner oldu

1
2075
Zach Erdem

Kiçik yaşlarda başlayan Nyu York marağı milyonerliyə çevrildi. Ərzincanda çobanlıq edən və əsl adı Zeynel  olan Zaç Erdem bugün iki gecə klubu, bir otel və iki restoran sahibi olaraq həyatına davam edir.

Zeynel indi 36 yaşındadır. ABŞ-da adının asan tələffüz edilməsi üçün adını Zaç etmişdir. Hər şey  Ərzincanda çobanlık etdiyi vaxt başlayır. Heyvanları otaladığı sahə tərəfdə olan qatar yolunda tapdığı qəzetlərdəki fotodan Nyu Yorka heyran qalır. Universitet vaxtı cibində 200 dollar olmasına rəğmən cəsarətini toplayıb Nyu Yorka gedir. Orda təxminən 6 ay çöldə yaşamaq məcburiyyətində qalır.

“Burdan getməsəm çoban olaraq öləcəm”

Ərzincanlı olduğunu və heyvandarlıqda öz dolanışığını təmin edən bir ailənin uşağı olduğunu deyən Zaç, özünün də qoyunları otaladığını deyir. Anasının hər gün çantasında pendir və çörək qoyduğunu dilə gətirir. Qoyunları otladığı sahədə bir gün tapdığı qəzet parçasındaki şəkilə baxır və bir an özünü o şəkilin içində hiss edir.

“Ərzincanlıyam. Ailəm heyvandarlıqla dolanırdı. Mən də çobanlıq edərdim. 6 qardaş idik. Qoyunları otlatmaq vəzifəsi həmişə mənə gələrdi. Balaca qara çantam var idi. Anam içinə çörək, pendir və pomidor qoyardı. Niyə hər gün sıra məndədi, niyə çobanlığı həmişə mən edirəm deyə etiraz edərdim. Buralardan getməzsəm çoban olaraq öləcəm deyərdim”

“Liseydə oxuyarkən tikintidə işləyərmiş eyni zamanda təhsilini davam etdirərdi”



Qardaşının əsgərlikdən sonra İstanbula getməsi, Zaç üçün bir avantaj oldu. Liseydə oxuyarkən tikintilərdə çalışaraq həyatını davam edən Zaç, daha sonra Trakya Universiteti Turizm və Otelcilik ixtisasında bir il oxuyur. Universitet yataqxanasında qaldığı otaqda, otağın hər yeri Nyu York-un mərkəzi bölgəsi Manhattan şəkilləri ilə bəzədilmişdi. Hər gün oranın xəyalı ilə yatır və oyanırdı.

İki gün boyunca hava limanından çıxmamışdı

Cibindəki 200 dollar ilə yola çıxtığını deyən Zaç Erdem, ilk dəfə təyyarəyə mindiyini deyir. O aralar ingiliscə bilmədiyini, telefonunda olmadığını söyləyir. Günlərcə küçədə qaldığını, hətta cəsarət etmədiyi üçün 2 gün boyunca hava limanında belə çıxmadığını deyir.

Ayaq yolu təmizliyindən restoran sahibliyinə

Aylarla davam edən axtarışlardan sonra Nyu-Yorkun ən məhşur restoranlarından olan “Nello”-da iş tapır. Burda hər cür işi görür. Lazım olanda barmenlik, lazım olduğunda ayaq yolu təmizliyini Zaç edirdi. Dolanışığını təmin etmək üçün durmadan işləyirdi. Zaç, “İlk işlədiyim yeri aldım. Buranı sökərək butik otel etdim. Hal-hazırda Hampton-da 4 obyektim var. Restoranlarım: “75 main”, “Kozu”, “Summer House” və “Am Southhampton” adlı iki gecə klubum, bir də “Hotel ZE” adlı butik otelim var. 320 nəfər işçim var. Yaylıq məkandan ildə 10 milyon dollar mənfəət əldə edirəm Amma Nyu-Yorkdaki yer açılanda tək başında 30 milyon dollar mənfəət əldə edəcəm” deyir.

İlk restoranını necə aldı?

İşləyərək yığdığı 300 min dolları var idi. Yemək yeməyə getdiyi restoranın sahibi artıq yaşlandığını və məkanı satmaq istədiyini deyir Zaç-a. Sahibi ilə 7 saat içərisində razılıq etdiyini dilə gətirən Zaç, balıqçıya da tədarükçüyə də pulunun qalmadığını və 1 ay  vaxt vermələrini söyləyir. “İşlər yaxşı gedərsə ödəyəcəm, yoxsa iflas edəcəm” deyir. İnsanlar da ona güvənib lazımı ləvazimatları verirlər. Zaç, işlərin bir anda partladığını deyir. Bu yüksəlişlə birlikdə sahibi olduğu restoran, ən yaxşı italyan restoranı seçilir. Restoranın özünün ola biləcəyinə inanmayan Zaç, restoranın qarşısına keçib ağladığını deyir. Gündə təxmini min insanın məkana girdiyini söyləyir.

Zaç Erdem, 40 yaşdan aşağı uğurlu iş adamı mükafatını alaraq karyerasında əminliklə addımlayır.

İlkin Mirzəzadə, bizplus.az

 

1 COMMENT