Ən zəngin 26 insanın sərvəti, 3,8 milyard yoxsulun ümumi gəlirlərinə bərabərdir

Date:

Paylaş:

Oxfam xeyriyyə təşkilatının keçirdiyi araşdırmaya görə, son on il ərzində dünyada milyarderlərin sayı demək olar ki, ikiqat artıb və 2,208 nəfərə çatıb. Hər il onların ümumi sərvəti 900 milyard dollar artır.

Yoxsulların gəlirləri isə get-gedə daha da azalmağa doğru gedir, belə ki, ötən il ərzində 3,8 milyard yoxsulun gəlirləri 11% azalmışdır. Onlar orta hesabla gündə 5,5 dollara yaşayırlar. Beləliklə, ümumilikdə 3,8 milyard yoxsul insanın ümumi gəliri, dünyanın ən varlı 26 şəxsin sərvətinə bərabərdir.

“İnsanlar qəzəblidirlər, hökumətlər real dəyişiklərə nail olmalıdırlar. Korporasiyalar və varlı insanlar öz vergi paylarını vaxtında ödəməli, səhiyyə və təhsil kimi sahələrə sərmayə qoymalıdırlar. Hökumətlər yalnız müəyyən imtiyazlara malik olan insanlar üçün deyil, hər kəs üçün parlaq bir gələcək qura bilərlər”, – deyə Oxfam xeyriyyə təşkilatının icraçı direktoru Vinni Bianiyma bildirib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...