Ən varlı insanlar

Date:

Paylaş:

Forbes.com jurnalı 1987-ci ildən bəri iş adamlarını izləyir və sərvəti ən az 1 milyard dollar olanların siyahısını dünyandakı ən varlı insanlar adıyla nəşr edir.

30 ildir yalnız 5 adam dünyanın ən zəngin insanı ola bildi. Bunlardan Bill Gates, Carlos Slim Helu Warren Buffett illərdir ilk beşlikdəki yerlərini qoruyurlar. 1995-ci ilə qədər iki yapon milyarder siyahıda ilk yeri tuta bilmişdilər ancaq hazırda onlar siyahıda belə yoxdular. 2016-ci ildə dünyadakı ümumi milyarder sayı 1810 nəfər oldu. Bunların sərvətlərinin ümumi məbləği 6,48 trilyon dollara çatır.

Dünyanın ən zəngin insanı olan Bill Gatesin sərvəti isə 75 milyard dollardır.

1.Bill Gates (Microsoft)

Bill gates haqqında

     Googleda  ən varlı insanlar yazıb axtarış etsəniz qarşınıza mütləq şəkildə bu insanın        şəkilləri çıxacaq. Dünyadakı hər evdə bir kompüter olmasını təmin etmək məqsədiylə          1975-ci ildə yola çıxan Microsoftun qurucusu Bill Gates, bu hədəfini yerinə                    yetirərkən özü də illərdir dünyanın ən zəngin iş adamı olaraq tanınır. 60 yaşındakı              Bill Gates 1995-2007-ci illərdə 13 il daha sonra 2009, 2014, 2015 və 2016-ci                  illərdə dünyanın ən zəngini ünvanını qoruya bildi.

2.Amancio Ortega (Inditex Group)

Avropanın və İspaniyanın ən zəngin insanı olan Amancio Ortega Gaona, Zara, Pull and Bear, Bershka, Massimo Dutt, Stradivarius, Oysho, Zara Home, Tempe kimi dünyaca məşhur geyim və moda markalarını birləşdirən holdinqin yəni Inditexin sahibidir. Amancio Orteganın hal-hazırda 67 milyard dollar sərvəti var.

3.Warren Buffett (Berkshire Hathaway)

Warren Buffet Amerika Birləşmiş Ştatlarının ən əhəmiyyətli sərmayəçilərindən biridir. Berkshire Hathaway adlı investisiya şirkətinin dünya səviyyəsində bir çox böyük şirkətdə ortaqlığı var.

Zənginlər siyahısında ya ikinci ya da üçüncü sırada olan Warren Buffett 2008-ci ildə dünyanın ən zəngin insanı oldu. Eyni il Bill Gates də ilk və son dəfə dünyanın 3. zəngin adamı idi.

4.Carlos Slim (Telmex)

Cənubi Amerikanın az qala hər yerində fəaliyyət göstərən və bölgənin ən böyüklərindən olan Telmex və America Movil kimi telekom şirkətlərinin sahibi olan Carlos Slim Grupo Carso investisiya firması ilə də müxtəlif şirkətlərə etdiyi investisiya və ortaqlıqlarla Meksikanın Warren Buffeti kimi də tanınır.

İlk dəfə 2005-ci ildə dördüncü ən zəngin insan seçilərək ilk onluğa girdi və bir də siyahıdan çıxmadı. 2010-2013-cü illər arasında dünyanın ən zəngin insanı  idi.Carlos Slimin 2016-ci ildəki sərvəti 50 milyard $, 2015-ci ildə isə bu rəqəm 77,1 milyard $ idi.

5. Jeff Bezos (Amazon.com)

Amazonun qurucusu Jeff Bezos ilk dəfədir onluğa daxil olur. Dünyanın ən zəngin 10 insanı arasına girə bilən ilk e-ticaret qurucusu kimi tanınır.

Ancaq Amazon artıq yalnız e-ticaretlə məşğul olmur. Şirkət az da olsa fərqli sahələrə də yönəlir. Nəhəng yük ehtiyacını özü qarşılamaq üçün yük təyyarələri kirayəyə götürmək xidmətini də işə salıb artıq.

Jeff Bezosun sərvəti 2016-ci ildə 45,2 milyard dollar oldu ki bu da onu dünyanın ən zəngin 5-ci insanı etdi.

6. Mark Zuckerberg (Facebook)

32 yaşı var və artıq dünyanın ən zəngin 6-cı insanıdır. Üstəlik sərvətinin qaynağı da ailəsindən qalan miras deyil. Facebook kimi yaxşı bir fikir və bunun müdrik şəkildə satışa çıxarılması Zuckerberqi dünyanın ən zəngin insanlarından biri etdi. Mark Zuckerberq illərdir sabit şəkildə yüksələn sərvətiylə ilk dəfə onluğa adını yazdırdı. Mark Zuckberqə ən zəngin 10 adam içindəki ilk ictimai media qaynaqlı zəngin deyə bilərik. Onun hazırda 44,6 milyard dollar sərvəti var.

7. Larry Ellison (Oracle)

Demək olar ki hər kompüterdə olan Java və ən etibarlı baza kimi bilinən Oracle proqram markalarının sahibi olan Larry Ellison universitet təhsilini yarıda qoyanlardan biridir.

Amazon Bulud xidməti ilə rəqabət apara biləcək bir şirkət yaradıb bu sahədə də var olduğunu sübut edə bildi.

Larry Ellisonun sərvəti 2016-cı ildə 43,6 milyard dollardır və uzun illərdir dünyanın ən zəngin 10 adamı siyahısındadır. 2000-ci ildə Bill Gatesdən sonra ikinci sırada idi.

8.Michael Bloomberg (Bloomberg)

Bloomberg haqqında

74 yaşlı Michael Bloomberg iş həyatına broker kimi başlamışdı. Sonrakı illərdə qurduğu Bloomberg L.P. maliyyə analizi və iqtisadiyyat mediasında imparatorluğa döndü. İnvestorların olduqca rəğbət göstərdiyi Bloomberg Terminal adında maliyyə analiz platformasının da sahibidir. Michael Bloombergin 2016-cı ildəki sərvəti 40 milyard dollardır. Bu il ilk dəfədir ki ilk onluğa daxil olur.

9.Charles Koch və David Koch (Koch Industries)

ən varlı insanlar

David KochCharles Koch qardaşdırlar və hər ikisinin sərvəti eyni olduğu üçün siyahıda 9-cu yerdə qərar tutublar. Hər ikisinin 39.6 milyard dollar sərvəti var.

10.Liliane Bettencourt (L’Oreal)

liliana bettencourt haqqında

L’Orealın sahibi Liliane Bettencourt bu il dünyanın ən zəngin qadını ünvanını Christy Waltondan aldı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...