Ən varlı insanlar ABŞ rəhbərliyini niyə narahat edir?

Date:

Paylaş:

Wall Street Journal nəşrinə istinadən xəbər veririk ki, ABŞ-da dövlət tənzimlənməsi megatexnoloji şirkətlərin gəlirini azalda və səhmlərinin artımını yavaşlada bilər.

Bu tənzimlənmə əsas olaraq, bazar kapitalizasiyasına görə S&P 500 indeksinin ilk beşliyinə daxil olan Facebook, Apple, Amazon, Microsoft və Google şirkətlərinin səhmlərinə təsir edə bilər. Sözügedən bu şirkətlərin səhmləri öz həcmlərinə görə amerikalı tənzimləyicilərin diqqətini cəlb edir. Belə ki, bu şirkətlərin bazar kapitalizasiyası bir il ərzində 580 milyard ABŞ dollarından daha çox artaraq 3 trilyon dollar təşkil edir.

Bu beşliyə daxil olan Apple Inc. 807 milyard dollar, Google şirkətinin ana şirkəti olan Alphabet Inc. 685 milyard dollr, Microsoft Corp. 581 milyard dollar, Facebook Inc. 504 milyard dollar və Amazon.com Inc. 473 milyard dollar bazar kapitalizasiyasına malikdir. Bu şirkətlərin səhmləri 5 il ərzində ardıcıllığa uyğun olaraq 81%, 157%, 188%, 667% və 284% artıb.

Google və Facebook reklamdan 106 milyard dollar gəlir əldə edib. Gələcəkdə bu gəlirlərin artımı sosial şəbəkələrdə reklam kampaniyalarına sərf edilən xərclərlə bağlı təklif edilən qaydalar fonunda azala bilər.

Belə ki, ABŞ Konqresində hər iki partiya Facebook və Google şirkətlərini ABŞ Federal Seçki Komissiyasına siyasi reklamla bağlı daha ətraflı məlumat verməyə məcbur etmək üçün səylərini birləşdirir. Bu şirkətlər hazırda bunu etməkdən imtina edirlər.

Bundan əlavə, Facebook şirkəti xəbər lentinə daxil etdiyi məlumatlara görə də, tənqidlərə məruz qalıb. Alphabet isə ABŞ Əmək departamentinin hazırda davam edən araşdırmasının baş qəhrəmanıdır. Belə ki, şirkət əmək haqqının ödənilməsi zamanı cinsə görə ayrı-seçkilik etməkdə ittiham olunur.

©banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...