7. Tamim Bin Hamad Əs-Sani (2 Milyard Dolar)
Şeyx Tamim ibn Hamad əs-Sani atası Şeyx Hamad ibn Xəlifə əs-Saninin 2013-cü ildə taxtdan çəkilməsiylə Qatar dövlətinin əmiri olub. Bu vəziyyət şeyxi dünyanın ən gənc hökmdarı etmişdi. Şeyx Tamim Qatar İnvestisiya Fondunun başçısı olaraq Harrods, Barclays və Sainsbury kimi ingilis şirkətlərinə milyardlarla dollar sərmayə edib.
6. Faisal Bin Qassim Əs-Sani (2.2 milyard dollar)
Şeyx Faisal Bin Qassim Əs-Sani ailəsinin hər hansı bir siyasi mövqeyinin olmamasına baxmayaraq işlərində olduqca müvəffəqiyyətli olub. Şeyx Qatar iqtidarındakı Əl Thaninin uzaqdan qohumudur. Şeyx Faisal daşınmaz əmlak kimi müxtəlif sektorlarda fəaliyyət göstərən Əl Faysal Holdinqin sahibidir.
5. Hamad bin Halife Es-Sani (2.2 milyard dollar)
Şeyx Hamad bin Xəlifə Əs–Sani 1995-2013-cü ilə qədər Qatar Əmiri olub. Hakimiyyət dövründə Qatar dövləti adam başında 85 milyon ton təbii qaz çıxarmışdı. Hakimiyyəti atasından alan Şeyx Hamad 2013-cü ildə oğluna görə taxtdan çəkilmişdi.
4. Raşid Əl Maktum (4.5 milyard dollar)
Şeyx Məhəmməd Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse–prezidentidir. O, həmçinin konstitusiya hökmdarıdır. 2010-ci ildən etibarən Şeyxin investisiya şirkəti Dubai Holdinq banklara 12 milyard dollar borclu idi. Şeyxin at yetişdirilməsi sahəsinə də maraqlı olduğu məlumdur.
3. Mansur Bin Zayed Əl Nahyan (4.9 milyard dollar)
Şeyx Mansur bin Zayed Əl Nahyan Birləşmiş Ərəb Əmirlikləridə baş nazirin köməkçisidir. Bundan başqa Şeyx Mansur futbol, həndbol, voleybol və basketbol komandaları fəaliyyəti göstərən Al Jazira İdman şirkətinin başçısıdır. Şeyxin hər kəs tərəfindən tanınmasını təmin edən isə Manchester City Futbol klubunun sahibi olmasından qaynaqlanır. Şeyx həmçinin Abu Dabidə Beynəlxalq Neft İnvestisiya Şirkətinin də başçısıdır.
2. Hüseyn Əli Al Amudi (14.3 milyard dollar)
Şeyx Məhəmməd Hüseyn Ali Al Amudi dünyanın ən varlı insanlarından biridir. Bundan başqa şeyx ən zəngin Səudiyyə Ərəbistan vətəndaşı və ən zəngin qara adamdır. Şeyx Məhəmməd hər hansı kral ailəsinə mənsub deyil. Ona şeyx deyilməsinin səbəbi isə zənginliyi və müvəffəqiyyətləridir. Şeyx Məhəmməd Efiopiya və İsveçdə ən böyük xarici investor hesab olunur. Milyarder şeyx yağ, dağ-mədən və kənd təsərrüfatı sahələrinə investisiya edərək sərvətini qazanmışdır.
1. Xəlifə bin Zaid ən-Nəhayyən (23 milyard dollar)
Xəlifə bin Zaid ən-Nəhayyən təxmini olaraq 23 milyard dollarlıq şəxsi sərvətə sahibdir. Bununla yanaşı ən–Nahayyənin ailəsinin 150 milyard dollarlıq sərvətə sahib olduğu güman edilir. Şeyx Xəlifə Birləşmiş Ərəb Əmirlikləri başçısıdır. O, bu vəzifəyə 2004-cü ildə rəsmi olaraq təyin edilmişdir. Atasının sağlamlıq vəziyyəti pis olduğu üçün 1990-cı illərdən bəri vəliəhd Şahzadəsi kimi başçılıq etməkdə idi. Abu Dabi İnvestisiya Fondu təxmini olaraq 773 milyard dollar varlığı ilə dünyanın ən böyük 2-ci fondudur.