Ən perspektivli texnologiyaların hazırlanması ilə məşğul olan şirkətlərin siyahısı dərc edilib

Date:

Paylaş:

Dünya İqtisadi Forumu 2019-cu ildə ən perspektivli texnologiyaların hazırlanması ilə məşğul olan 56 şirkətdən ibarət siyahı dərc edib. Şirkətlərin əksəriyyəti süni intellekt və kompüter təlimi sahəsində fəaliyyət göstərir.

Bununla yanaşı, onların çoxu süni intellektin birbaşa inkişafı ilə deyil, bu texnologiyanın digər sahələrdə – “ağıllı” şəhərlər, kibertəhlükəsizlik, ekoloji materiallar, dron və istehsalatda istifadəsi ilə məşğuldur.

Siyahıda yer alan bütün şirkətlər Davos Dünya İqtisadi Forumuna dəvət ediləcək. Bu, onlara dünya siyasətçilərinə və böyük sərmayədarlara çıxış əldə etməyə, eləcə də müxtəlif ölkələrdə lazımi tərəfdaşlar tapmağa imkan verəcək.

Siyahıya daxil olan şirkətlər arasında internet vasitəsilə 189 ölkədə 140 dildə pulsuz anonim psixoloji yardım göstərən “7 cups” psixoloji kömək servisi, “Airobotics” dron istehsalçısı, müəssisələrdə məxfi və ya şəxsi informasiyanın sızması hallarının axtarışı ilə məşğul olan “BigID” şirkəti sadalanır.

Bundan başqa, Dünya İqtisadi Forumunun reytinqinə süni intellektdən məlumatların analitikası üçün istifadə edən “CyberCube” sığorta şirkəti, “DabaDoc” tibb korporasiyası, dördüncü sənaye inqilabı (Industry 4.0) üçün dünyanın aparıcı “DataProphet” süni intellekt tədarükçüsü, eləcə də korporativ məlumatların rəqəmləşdirilməsi üçün “bulud” platforması yaradan “Descartes Labs” daxil olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...