“Forbes” dərgisi dünyanın ən innovasion 100 şirkətinin siyahısını tərtib edib. Reytinqdə ilk sıranı 2 illik fasilədən sonra ABŞ Kaliforniya ştatında fəaliyyət göstərən “Salesforce” şirkəti tutub. Bu şirkət iri korporasiyaları proqram məhsulları ilə təmin edir.
Əvvəlki siyahlıda 1-ci olan “Tesla Motors” ikinci sıraya geriləyib. Üçüncü yeri “Amazon” tutur.
İlk “beşlikdə” Çinin “Shanghai Raas Blood Products” tibb şirkəti və ABŞ-ın film-serial sektorunda fəaliyyət göstərən “Netflix” də yer alıb.
Siyahıya Asiyadan 6 yeni şirkət daxil olub. “Top-100”də Rusiyanın “Maqnit” və “Norilskiy nikel” şirkətlərinin də adları var. Ərzaq riteyleri “Maqnit” 53-cü, “Norilskiy nikel” isə 63-cü sıradadır.