Ən çox varlının yaşadığı şəhər hansıdır?

Date:

Paylaş:

İngiltərənin beynəlxalq əmlak şirkəti “Savills”in araşdırmasına görə, dünyada ən çox milyarderin yaşadığı yer ABŞ-ın Nyu-York şəhəridir.

Aparılan araşdırmaya görə, Nyu-Yorkda ümumilikdə 85 milyarder məskunlaşıb.

Araşdırmanın nəticəsinə, əsasən bu şəhərdə varlıların sayının çox olması, burada əmlak qiymətlərinin son beş ildə 15% artmasına səbəb olub. “Savills” dünyanın ən böyük və inkişaf etmiş şəhərləri arasında apardığı araşdırmada, gəlir səviyyəsi yüksək insan sayı ilə lüks əmlak qiymətləri arasındakı əlaqəni müəyyən edib.

Buna görə, şəhərdə milyarder sayı artdıqca, buradakı lüks əmlak qiymətlərində də artım müşahidə olunur. Siyahıda Nyu-York şəhərindən sonra ikinci yerdə 79 milyarder ilə Honk Konq, üçüncü yerdə 71 milyarder ilə Rusiyanın paytaxtı Moskva şəhəri olub. Siyahının dördüncü pilləsində isə Çinin paytaxtı Pekin, ümumilikdə 61 milyarder ilə qərarlaşıb.

Dünyada əmlak qiymətlərinin ən bahalı olduğu yer isə Honk Konq şəhəri olub. Burada daşınmaz əmlak qiymətləri son beş ildə 51% artım göstərib.

Dubay isə 15 milyarder ilə siyahının son sıralarında yer alıb. Dubayda əmlak qiymətlərinin son bir il içində 13% artdığı bildirilib.

Almaniyanın paytaxtı Berlin şəhərində ümumilikdə yeddi milyarder məskunlaşıb. ABŞ-ın Miami şəhəri isə siyahının sonunda yer alıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...