Avropada bu ilin birinci rübündə ən çox satılan kompakt krossoverlər məlum olub. Bu seqment üzrə Avropa ölkələrində satışlar 28% artaraq 371 583 ədəd təşkil edib. Seqment üzrə Avropalılar ən çox “Nissan Qashqai”a üstünlük veriblər. Model 74 725 ədəd satışla öz seqmentinə görə bazarın lideri olub. Volkswagen Tiguan”ın satışlarında kəskin artım olsa da, “Nissan Qashqai”a çata bilməyib.
Avtomobilin satışları 78% artaraq 65 660 ədəd təşkil edib. İlk üçlüyü Azərbaycanda da xeyli məşhur olan “Hyundai Tucson” tamamlayır. Modelin satışları 14% artaraq 41 117 ədəd olub. Kiçik “cip”lər sırasında “Ford Kuga”nın da satışları artıb (39 989 ədəd) və bazar üzrə dördüncü olub. “Kia Sportage” kiçik “cip”lər arasında satışların azalmasına baxmayaraq ilk beşlikdə qalmağı bacarıb. Model üzrə satışlar 1% azalaraq 37 890 ədəd olub.
Seqment üzrə digər modellərin satış həcmi belədir:
Compact SUV segment |
2017-Q1 |
2016-Q1 |
Change |
|
1 |
Nissan Qashqai |
74.725 |
66.352 |
13% |
2 |
Volkswagen Tiguan |
65.660 |
36.811 |
78% |
3 |
Hyundai Tucson |
41.117 |
36.106 |
14% |
4 |
Ford Kuga |
39.989 |
30.697 |
30% |
5 |
Kia Sportage |
37.890 |
38.343 |
-1% |
6 |
Peugeot 3008 |
37.156 |
17.054 |
118% |
7 |
Renault Kadjar |
29.577 |
33.655 |
-12% |
8 |
Seat Ateca |
21.692 |
26 |
New |
9 |
Mazda CX-5 |
16.164 |
15.816 |
2% |
10 |
Subaru XV |
2.809 |
2.677 |
5% |
11 |
Citroën C4 Aircross |
1.673 |
2.712 |
-38% |
12 |
Jeep Wrangler |
960 |
977 |
-2% |
15 |
SsangYong Korando |
869 |
1.075 |
-19% |
16 |
Peugeot 4008 |
458 |
576 |
-20% |
17 |
MG GS |
269 |
0 |
New |
18 |
Opel/Vauxhall Antara |
261 |
1.039 |
-75% |
19 |
Hyundai ix35 |
157 |
5.005 |
-97% |
20 |
Jeep Compass |
104 |
88 |
18% |
21 |
DR5 |
53 |
50 |
6% |
Segment total |
371.583 |
289.535 |
28% |