Ən çox qızıl ehtiyatları olan ölkələrin reytinqi-Azərbaycan neçəncidir?

Date:

Paylaş:

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda  dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 1187,8 dollara bərabərdir.

Dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini 2019-cu il üçün siyahısını təqdim edirik.

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. Hazırda  dünya bazarlarında qızılın 1 unsiyası (31,1 qram) 1187,8 dollara bərabərdir. Modern.az saytı dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrini təqdim edirik.

  • ABŞ – 8,133.5 ton

Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə – 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalır.
Hazırda ABŞ 8 min 133 kiloqram qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.

ABŞ-ın qızıl ehtiyatlarının yarısına qədəri Kentukki ştatında yerləşən Fort-Noks şəhərindəki keçmiş hərbi bazada yerləşir. Qalan qızıllar isə Nyu-York ştatındakı Vest-Poynt, Kolorado ştatındakı Denver sikkə sarayında və Federal Rezerv Bankının Manhettenin Liberti strit 33 küçəsində yerləşən saxlanma anbarında yerləşir.

  • Almaniya – 3,369.9 ton

Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə “ağ qızıl” ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar öz ən yüksək həddinə – 4 min tona çatıb. Hazırda bu göstərici 3,339 kiloqrama qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 36,6%-i ABŞ Federal Rezerv Bankında, 12,8%-i Londonda yerləşən İngiltərə bankında və cüzi hissəsi Parisədəki Fransa bankında yerləşir. Amma 2013-cü ildən başlayaraq geniş ictimaiyyətin tələbi ilə Almaniya öz qızıl ehtiyatlarını Frankfurta qaytarır. Hazırda Almaniyanın qızıl ehtiyatlarının “Bundesbank”-ın bu şəhərdəki filialında yerləşir. 50,6% alman qızıl məhz bu şəhərdədir.

  • İtaliya – 2,451.8 ton

İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından isitfadə etməyə sövq edirdi. Buna baxmayraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızl ehtiyatına malik olduğunu göstərir. Ölkənin qızıl ehtiyatları çəkisi 4,2 kiloqramdan 19,7 kiloqrama qədər olan 95 493 ədəd qızıl külçəsindən ibarətdir.

Külçələrin 44,9%-i Romanın Palatso sarayında yerləşən yeraltı anbarda saxlanılır. İtaliyanın qızıl ehtiyatlarının 43,3%-i Nyu-Yorkun Manhetten rayonunda, 6,1%-i İsveçrənin Bern anbarında, 8,8%-i isə Londonun İngiltərə Bankında yerləşir.

  • Fransa – 2,436.1 ton

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük “ağ qızıl” ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransanın əsas bankı “Banque de France”nin əsas yeraltı anbarı baş ofisdən 8 dəqəlik məsafədə, “Croix des Petits Champs,31” küçəsində yerləşir. Yerin 29 metr dərinliyində yerləşən anbarda Fransanın bütün qızıl ehtiyatları toplanıb.

  • Rusiya – 1,149.8 ton

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 2207 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir. 2019-cu il iyulun 1-nə Rusiyanın qızıl ehtiyatlarının rəsmi bazar qiyməti 100 milyard dolları keçib. Ehtiyatların əsas hissəsi Moskvanın Pravda 6 küçəsində, Belarus vağzalının yaxınlığındakı anbarda saxlanılır. Qalan ehtiyatlar isə Mərkəzi Bankın müxtəlif şəhərlərdəki filiallarında cəmləşib.

  • Çin – 1916,3 ton

Çin qızıl ehtiyatlarını 2000-ci illərin əvvəllərindən başlayaraq 5 dəfə artırıb. Əgər 2001-ci ildə Çinin 500 ton qızılı var idisə, 2019-cu ilin ortalarında bu rəqəm 1900 tonu keçib. Çin dünyada ən çox qızıl hasil edən ölkə hesab olunur.

Növbəti pillələrdə bu ölkələr yerləşib:

  • İsveçrə – 1040 ton
  • Yaponiya – 765,2 ton
  • Hindistan – 618,2 ton
  • Hollandiya – 612,5 ton

Xatırladaq ki, Azərbaycanın Ümumdünya Qızıl Şurasının siyahısında yer almaması müxtəlif səpkili müzakirələrə yol açmışdı. Dövlət Neft Fondu məsələ ilə bağlı açıqlamasında ölkənin qızıl ehtiyatlarının Maliyyə Nazirliyi və Mərkəzi Bankın birgə balansında olduğunu açıqlamışdı. Fondun öz balansında isə iyunun 30-u üçün qızılın miqdarının 95,47 ton (4,356,4 milyard dollar) olduğu vurğulanıb. Son statistika Neft Fondunun sürətlə qızıl ehtiyatını artırdığını göstərir. Belə ki, 2018-ci ilin sonlarında qızıl ehtiyatı 50,95 ton idisə, 2019-cu il martın 31-də həmin rəqəm 71,75 tona çatmışdı.

Ümumiyyətlə isə, Neft Fondu 2012-ci il fevralın 1-dən neft almağa başlayıb. İlk 2 ildə 30,18 ton qızıl alınmışdlı. 2014-2017-ci illərdə maliyyə böhranı Azərbaycana qızıl almağa imkan verməyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...