Ən çox pomidor və qızıl satırıq – İXRAC İCMALI

Date:

Paylaş:

Bu ilin on ayında xaricə qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.

İxrac İcmalına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə artım 13% təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları olub. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracda dinamik artım müşahidə olunub və cari ilin doqquz ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon, Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin doqquz ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10 faiz, Türkiyəyə 23 faiz, İsveçrəyə 7,7 faiz,Qazaxıstana 61 faiz artıb, Gürcüstana isə 1,5 faiz azalıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 93 milyon ABŞ dolları) ikinci olub. Üçüncü yerdə isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (67,6 milyon ABŞ dolları) qərarlaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...