Son zamanlar yaşanan kiber hücumlar təsdiq etdi ki, bir çox insan hələ də öz hesablarına ən zəif şirfələri təyin edirlər. Hesabımızdakı şifrələr nə qədər etibarlı olsa da mütəxəssislərin tövsiyyəsinə əsasən bir müddət sonra eyni şifrəni istifadə etmək təhlükə yaradır. Düzdür çoxumuz məcbur qalmadıqca şifrəmizi dəyişdirməyə ehtiyac duymuruq.
Kiber təhlükəsizlik şirkəti Keeper Security əldə etdiyi məlumatlar əsasında dünyada ən çox istifadə edilən məşhur şifrələri mediaya çatdırıb. Şirkətin açıqladığı məlumatlardakı şifrələrdən hər hansı birini istifadə edirsinizsə dərhal dəyişməyiniz tövsiyyə olunur. Çünki internet artıq bizim həyatımızın bir hissəsinə çevrilib və məlumatlarımızın əksər hissəsini bu virtual aləmdə saxlayırıq. Bundan əlavə sizin hər hansı sosial şəbəkə hesabınızın şifrəsini əldə etməklə mesaj qutularınızdan şəxsi məlumatlarınızı, bank hesablarınızın məlumatlarını əldə etmək ehtimalı da böyükdür. Buna görə də diqqətli olun və daha çətin şifrələr təyin edin. Ən çox istifadə edilən şifrələr isə aşağıdakılardır:
- 123456
- 123456789
- Qwerty
- 12345678
- 111111
- 1234567890
- 1234567
- Password
- 123123
- 987654321
- Qwertyuiop
- Mynoob
- 123321
- 666666
- 18atcskd2w
- 7777777
- 1q2w3e4r
- 654321
- 555555
- 3rjs1la7qe
- 1q2w3e4r5t
- 123qwe
- Zxcvbnm
- 1q2w3e.
Şifrə təyin edən zaman çalışın ən az 8 simvoldan istifadə edin və içində kiçik, böyük hərflər və rəqəmlər istifadə olunsun.