8. Dropbox
Yeni yaranan zaman investisiya tapmaqda belə çətinlik çəkən Dropbox 2014-cü ildə 617 milyon dollarlıq sərmayə almağı bacarmışdı. Rəsmi açıqlama olmasa da Dropboxun keçən il yarım milyard dollar gəlir əldə etdiyi deyilir. 2017-ci ildə birjaya daxil olma ehtimalı olan şirkətlərdən biridir.
7. Pinterest
Digər sosial şəbəkələrdən fərqlənən Pinterest 2015-ci ildə 10,47 milyard dollar qiymətlə dəyərləndirildi. Çox olmasa da Azərbaycanda da istifadə edilən Pinterestin qlobal dünyada 100 milyondan çox aktiv istifadəçisi var. 2017-ci ildə birjaya daxil ola biləcək şirkətlərdən biri də Pinterest hesab edilir.
6. Spacex
Elon Muskın qurucusu olduğu SpaceX iki il bundan öncə aldığı 1 milyard dollarlıq investisiya ilə 12 milyard dollar dəyərə çata bildi. Bu il bir neçə dəfə partlayışa məruz qalan SpaceX, Falcon Heavy adlı raketini 2018-ci ildə kosmosa buraxmağı hədəfləyir.
5. WeWork
Co-working ofis şəbəkəsi olan WeWork 2016-cı ildə aldığı investisiyaların dəyərini 16,9 milyard dollara qaldırmışdı. Miguel McKelvey ve Adam Neumann tərəfindən yaradılan WeWork artıq böyük şirkətlərlə ciddi müqavilələrə də imza atıb.
4. Snapchat
Gənclərin ən çox sevdiyi mobil tətbiq olan Snapchat üçün hazırda 18,19 milyard dollar dəyər verildiyi söylənilsə də şirkətin bu ilin Mart ayında 25-40 milyard dollar bazar dəyəri ilə səhmlərini bazara çıxaracağı düşünülür.
3. Palantir
Palantir böyük məlumat bazası sahəsində inkişaf etdirdiyi texnologiyalarla 20,53 milyard dollar bazar dəyəri verilən bir sistemdir. Ard arda investisiyalar alaraq bu səviyyəyə gələn Palantir CIA-in investisiya şirkəti tərəfindən dəstəklənir ve CIA kimi başqa Amerikan orqanlarına da xidmət göstərir.
2. Airbnb
Qısa müddətli ev kiralamaq üçün yaradılan Airbnb, 30 milyard dollar həcmində ölçülən bazar dəyəri ilə ABŞ-ın birjaya çıxmayan ən dəyərli layihəsi hesab edilir. Airbnb, Trips adlı yeni xidməti ilə turizm şirkəti olmaq yolunda sürətlə addımlayır.
1. Uber
Bəlkə də tarixdə ən sürətlə inkişaf edən startuplardan biri olan Uber 68 milyar dollar bazar dəyərinə sahibdir ve hələ də birjaya daxil ola bilməyib. Çində rəqibi Didi tərəfindən sıxışdırılıb çıxarılan Uber, Səudiyyə Ərəbistandan edilən investisiya ilə bir az daha yaxın Şərqdə özünü sınayacaq.