Ən böyük kabel TV şirkətindən 31 milyard dollarlıq təklif

0
747

Dünyanın ən böyük kabel TV şirkəti olan ABŞ-ın “Comcast” şirkəti, Böyük Britaniyanın yayım təşkilatı “Sky” qrupunu satın almaq üçün 31 milyard dollar təklif verib.

“Marja  xəbər verir ki, “Comcast”dan verilən açıqlamada, təxminən 23 milyon müştərisi olan “Sky” qrupunun alışı üçün 31 milyard dollar (təxminən 22 milyard funt-sterlinq) təklif verildiyi qeyd olunub.

Satınalmanın reallaşması halında, “Sky” qrupunun tərkibində olan “Sky News” xəbər kanalının müstəqilliyinin 10 il qorunacağı qeyd edilib.

Açıqlamada, “Comcast”in satınalma təklifinin, Avstraliyalı media biznesmeni Rupert Murdoch-un sahibi olduğu “21st Century Fox”un “Sky” qrupunu almaq təklifinə nisbətən 16 faiz daha yüksək olduğu vurğulanıb.

Böyük Britaniyanın Rəqabət və Bazarlar Şurası (CMA), yanvar ayında, “21st Century Fox Sky” qrupunun satınalma təşəbbüsünü “medianın çox səsliliyi baxımından dövlət xeyrinə olmadığı” səbəbilə əngəlləmişdi.

Bunun ardından, ABŞ-ın əyləncə və media nəhəngi “Walt Disney” bu ayın əvvəlində “Sky News”i satın almaq üçün təşəbbüs göstərərək, “21st Century Fox”un “Sky” qrupunu satın almasına dəstək olmağa çalışmışdı.

Murdoch-un sahibi olduğu “21st Century Fox” 39% hissəsinə sahib olduğu “Sky” qrupunun qalan 61%-lik hissəsini satın almaq üçün keçən il 11,7 milyard funt-sterlinq (16,5 milyard dollar) təklif etmişdi.

“Walt Disney” isə dekabr ayında, “21st Century Fox”u satın almaq üçün 52,4 milyard dollar təklif etdiyini bildirmişdi.

“Comcast”in sahib olduğu şirkətlər arasında, beynəlxalq media və əyləncə şirkəti NBCUniversal və NBC televiziyası, film istehsalı və distribyutorluq şirkətlərindən “Universal Studios” və “Dreamworks Animation” var.