“Brand Finance” analitik agentliyi ABŞ-ın ən bahalı brendlərinin yeni reytinqini dərc edib.
Yeni siyahıda əvvəlkinə nisbətən ən vacib dəyişiklik “Netflix”in 19 pillə irəliləyərək 40-ci yerə gəlməsidir. Digər populyar video-servis olan “YouTube”da sürətlə inkişaf edir və il ərzində brendin dəyəri 46% artaraq 37,8 milyard ABŞ dollarına çatıb. Ümumi reytinqdə “YouTube” 13-cü pillədə qərarlaşıb.
Beləliklə ABŞ-ın ən bahalı brendlərinin ilk beşliyi aşağıdakı şəkildə müəyyənləşib:
5. AT&T – brendin dəyəri $87 milyard
4. Microsoft – $119,6 milyard
3. Google – $142,8 milyard
2. Apple – $153,6 milyard
1. Amazon – $187,9 milyard
1 / 5