Əməkdaşların 80%-i rəhbərlərə hədsiz çox əmək haqqı verildiyini hesab edir

Date:

Paylaş:

Amerikalıların əksəriyyəti əmindir ki, top-menecerlərin ildə on milyonlarla dollar qazanmağa haqları yoxdur. Çünki, onlar digər işçilər qədər çox işləmirlər. Ekspert belə bir yanaşmanı “işçilərin düşüncəsi” adlandırıb.

The Guardian-ın məlumatına əsasən, aparıcı amerikan şirkətlərinin baş direktorları 2018-ci ildə təxminən 17,2 milyon dollar qazanıblar. Bu, onların əməkdaşlarının orta əmək haqqından 278 dəfə çoxdur. Bundan başqa, 1978-ci ildən top-menecerlərin əmək haqqı min fazidən çox artıb.

2018-ci ildə Britaniyanın Ipsos MORI araşdırma şirkəti oxşar sorğu keçirib və onda Almaniyadan olan 63% sorğu iştirakçısı bildirib ki, rəhbərlər adi işçilərdən çox qazana bilməzlər, çünki onlar həmin əməkdaşlar qədər gərgin əmək sərf etmirlər. Amma alman top-menecerləri ABŞ-dan olan həmkarlarından daha az maaş alırlar – ildə təxminən 8,5 milyon dollar.

“Rəhbərlərin hədsiz çox əmək haqqı aldığına əmin olan insanlar belə hesab edirlər ki, məvacibin həcmi işdə keçən saatların sayına görə müəyyən edilməlidir” – deyə, “Zənginlik elitası” və “Kapitalizmin gücü” kitablarının müəllifi Rainer Zitelmann bildirir.

Zitelmann-ın sözlərinə görə, belə bir yanaşma sahibkarlar və top-menecerlər üçün yaddır. Rəhbərlərin əmək haqqı ilk növbədə şirkətlərinin səhmlərinn dəyərindən asılıdır, ekspert izah edir.

İş saatının sayı və ixtisas, yüksək təbəqədən olan rəhbərlərin məvacibinin təyin olunmasında əsas rol oynamır. Ancaq tələb və təkliflər bu baxımdan əhəmiyyət daşıya bilər – və bura elit idmançılar da daxildir, ekspert qeyd edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...