Bu günlərdə vəzifədən uzaqlaşdırılan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ailəsinə məxsus “Kaspi International School” satışa çıxarılıb.
Bu ilin sentyabr ayında açılışı olan 4 mərtəbəli əzəmətli bina “Kaspi” liseylər şəbəkəsinin beynəlxalq məktəbi sayılır.
Xətai metrosu yaxınlığında yerləşən bu binanın tikintisinə külli miqdarda pul xərclənib. “Kaspi International School”da bir uşağın təhsil qiyməti aylıq 650 manat təşkil edir.
Dördmərtəbəli yeni istifadəyə verilmiş bu binaya 4 milyon manat satış qiyməti təyin edilib.
Məlumat üçün bildirək ki, “Kaspi International School”un tikintisinə Əli Həsənov şəxsən nəzarət edib.
© Bizimxeber