Əli Əhmədov: “Qadınlar özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”.

Date:

Paylaş:

“Qadınlar təkcə kiçik sahibkarlıqla deyil, özlərini həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa hazır hiss etməlidir”.

Bunu Baş nazirin müavini Əli Əhmədov  “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

O bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...