Əl işləri sayəsində kiçik biznes quran bacılar

Date:

Paylaş:

“ABAD”ın dəstək göstərdiyi Yusubovlar ailəsi Bakı sakinləridir. Ailənin nümayəndəsi Aybəniz Yusubova uzun illərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğuldur.

O, müxtəlif milli gəlinciklər, araxçınlar, həmçinin muncuq ilə tikmə kimi müxtəlif əl işləri hazırlayır.

Təhsilini rəssamlıq sahəsi üzrə alan Aybəniz xanım qeyd edir:

“Ailə üzvlərimin fərqli peşəyə sahib olmasına baxmayaraq, hər birinin əl qabilliyəti yüksəkdir. Mən, bacım ilə birgə rəsm çəkməyi sevirdik. Bunu hiss edən ailə üzvlərim bizim sənətkarlıq üzrə inkişaf etməyimizə dəstək oldular. Ali təhsilimizi də bu sahə üzrə davam etdirdik”.

Ali təhsillərini uğurla başa vuran Yusubova bacıları kiçik bizneslərini qurub və birgə əl işləri hazırlayırlar.

Aybəniz Yusubova məhsullar üzərində milli mədəniyyətimizi əks etdirən simvollar və xalça naxışlarından istifadə etməyə üstünlük verir.

Bu məhsullar hazırda bir çox xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Eyni zamanda Aybəniz xanım bir çox sərgilərin iştirakçısı olub və 2013-cü ildə onun fərdi sərgisini keçirilib.

Sifariş əsasında satılan əl işlərini daha geniş kütləyə tanıtmaq, mədəniyyətimizin təbliğində iştirak etmək üçün Aybəniz xanım “ABAD”a müraciət edib.

O, “ABAD” tərəfindən yeni dizaynların verilməsi və satışın təşkili kimi dəstək alır.

Hazırda onun məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...