“Əgər sahibkarsınızsa və heç bir səhv etməmisinizsə deməli sahibkar deyilsiniz”

Date:

Paylaş:

5 milyard dollar sərvəti ilə dünyanın ən zəngin insanlarından biri olan iş adamı Richard Bransonun həyat prinsipləri:

Əgər sahibkarsınızsa və heç bir səhv etməmisinizsə deməli sahibkar deyilsiniz.

Xoşunuza gəlməyən işin ardınca getməyin.

Mənim qürurum səhv olduğumu boynuma almağa mane olmur.

Mənim üçün biznes yaratmaq – fəxr ediləsi bir şey yaratmaq, istedadlı insanları birləşdirmək və ətrafdakı insanların həyatını həqiqətən dəyişəcək yeni bir şey yaratmaqdır.

Biznesdə də həyatda olduğu kimi xeyirxahlıq etmək lazımdır.

Mən indi də əvvəl olduğu kimi insanlarla yazışmağı deyil, canlı olaraq danışmağı üstün tuturam

Hər bir təşkilatda istənilən rəhbər müəyyən bir zaman ərzində öz kostyumunu çıxararaq əməkdaşları ilə birgə əllərini çirkləndirməlidir.

Uğur özü-özünə əldə edilmir: bunun üçün çalışmaq lazımdır.

Mənim həyat devizim: şən yaşa, pullar isə gələcək.

Həyatda nəyisə qazanır, nəyisə itirirsən. Qazandığın zaman bununla qane ol və şənlən. İtirdikdə isə təəssüf etmə və məyus olma. Heç vaxt geriyə baxma – istəsən də keçmişi dəyişmək iqtidarında deyilsən. Buna görə də mən keçmişin səhvlərindən dərs almağa çalışıram.

Biznes insanların həyatını yaxşılaşdırmalı və zənginləşdirməlidir. Əks halda biznesi başlamağa da dəyməz.

Düşmənlərinizlə dost olun – bu həm həyat, həm də biznes üçün yaxşı üsuldur.

Cəmi bir dəfə əldə edilən uğur bütün ömrünüz boyu sizi doyurmayacaq.

Özünüzə necə davranırsınızsa, insanlara da elə davranın, hətta ondan da yaxşı.

Əgər məndən soruşsanız ki, həyatda ən çox nəyə inanıram, cavabım “ailəm” olardı.

Mən xoşbəxt insanam. Hər zaman gülümsəyirəm. İnsanları, həyatı, yaxşı zarafatları sevirəm. Gülüşün ürəyi zənginləşdirdiyi fikri ilə tamamilə razıyam.

Düşünürəm ki, bütünlüklə məhv olana qədər fəaliyyətim dayanmayacaq.

Tamamilə əminəm ki, həyatda qeyri-mümkün heç nə yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...