Amerikanın “fashion-riteyler”i Forever 21 müflis olması barədə bildiriş verməyə hazırlaşır.
Şirkətdə belə hesab edirlər ki, bu qeyri-effektiv ərazilərdə yerləşən mağazaların bağlanmasına və biznesin yenidən qurulmasına gətirib çıxara bilər. Ekspert rəylərinə görə, brendin satışları keçən il 20-25% azalıb.
Keçən həftə Forever 21 səhmdarları borc öhdəliklərinə və ümumilikdə 57 ölkə olmaqla Avropa və Asiya ölkələrində, həmçinin ABŞ və Kanadada yerləşən 815 mağazanın daxil olduğu portfelə baxılmasına görə məsləhətçilər cəlb edib. Bundan əvvəl Forever 21 əlavə maliyyələşmə barədə bir sıra danışıqlar aparıb, lakin heç bir variant əldə edilməyib. Ekspertlər bildiriblər ki, iflas brendin biznesi üçün labüddür.
Analitiklər bildirirlər ki, Forever 21 bütün ölkə üzrə aparıcı ticarət-əyləncə mərkəzlərindən biri olduğu üçün, iflasa uğrayacağı halda trafikin doldurulması və cəlb edilməsi problemi yaşayan amerikan “mall”ları da zərbə ala bilərlər. Hələ 2019-cu ildə amerikan riteylerləri ümumilikdə 8000-dən çox mağazanın bağlanması barədə elan veriblər.
1984 –cü ildə yaranan Forever 21 brendi son illər gənclərin dəb bazarında ən sürətlə inkişaf edən brendlərdən biri olub. Hələ 2016-cı ildə şəbəkə bazarda rəqabət problemi yaşamasına baxmayaraq fəal surətdə inkişaf etmişdi. Lakin gözlənilmədən brend amerikan bazarında meydanlarını azaltmağa və beynəlxalq mağazalarını bağlamağa başladı.