Əsas səhifə Biznes sahələri Texnologiya “Əşyalar interneti” üçün şəbəkələr quran dünya mobil operatorlarının sayı 102-yə çatıb

“Əşyalar interneti” üçün şəbəkələr quran dünya mobil operatorlarının sayı 102-yə çatıb

135
Paylaş

Martda “NB-IoT” (narrowband IoT) və ya “LTE-M” texnologiyaları əsasında şəbəkələr quran dünya mobil operatorlarının sayı 102-yə çatıb. Bu barədə Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association – GSA) məlumatında deyilir.  

 “NB-IoT” və ya “LTE-M” ümumilikdə 52 ölkədə fəaliyyət göstərir, 19 ölkədə isə 20 operator tərəfindən hər iki texnologiyadan istifadə edilir.

“NB-IoT” “Əşyalar interneti”nin inkişafı üçün rəqabətli həllərlə müqayisədə enerji səmərəliliyi ilə fərqlənən və qısa məlumatları yüksək sürətlə ötürmək qabiliyyətinə malik əsas rabitə standartıdır. “NB-IoT” standartına keçmək üçün operatorların infrastrukturu yenidən qurmasına ehtiyac yoxdur. Belə ki, baza stansiyalarının lazımi əhatə dairəsini təmin edəcək proqram təminatını yeniləmək yetərlidir.

“LTE-M” texnologiyası “NB-IoT” standartının alternatividir. Hər iki standart uzaq təsir radiuslu enerji səmərəliliyinə malik şəbəkə (Low-power Wide-area Network – LPWAN) texnologiyası əsasında işləyir.

Assosiasiyanın hesabatına görə, martın sonunda 69 ölkənin 149 operatoru tərəfindən “NB-IoT” və “LTE-M” standartlarına və ya bu şəbəkə texnologiyalarından birinə investisiya yatırılıb. Bundan başqa, 50 dövlətin 88 operatoru tərəfindən “NB-IoT” əsasında şəbəkələr istifadəyə verilib, 24 ölkənin 34 şirkəti isə “LTE-M” standartından istifadə etməklə şəbəkələr qurub.