Əsas səhifə Biznes sahələri Texnologiya Ən sürətli smartfon – One plus 5

Ən sürətli smartfon – One plus 5

913
Paylaş

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

“AnTuTu” reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin OnePlus 5 (181 min bal) ən sürətli smartfon hesab edilir, HTC U11 (180 min bal) ikinci yeri, Samsung Galaxy S8+ (172,6 min bal), Galaxy S8 (172,4 min bal) və Xiaomi Mi6 (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.

Ən məhsuldar smartfonların siyahısına, həmçinin iPhone 7 Plus, Sony Xpreia XZ Premium, iPhone 7, OnePlus 3T və OnePlus 3 smartfonları daxil edilib.