Ən sürətli “Android”lərin siyahısı bəlli olub

Date:

Paylaş:

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların yeni reytinqini dərc edib. Söhbət Çində əlçatan olan smartfonlardan gedir.

Reytinqdə yer almış 10 smartfondan 9-u 10 nm-dən nazik texnoloji proses üzrə hazırlanmış prosessorlarla təchiz edilib, yalnız “Nubia Red Magic Mars” ötənilki “Snapdragon 845” prosessoru ilə işləyir.
Mart ayında “Xiaomi Mi 9 Transparent Edition” smartfonu reytinqin lideri olub. Bu cihaz 372072 xal, adi “Xiaomi Mi 9” smartfonu isə 371878 xal toplayıb. 365430 xal toplamış “Vivo iQOO” aparatı üçüncü yerdə qərarlaşıb.
“Snapdragon 855” prosessoru ilə təchiz edilmiş “Samsung Galaxy S10+” və “Galaxy S10” aparatları 4-cü və 5-ci yerləri tutublar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...