Əsas səhifə Biznes sahələri Texnologiya Ən məşhur 5 yoldaşlıq tətbiqi

Ən məşhur 5 yoldaşlıq tətbiqi

1047

1. Fatch

Son zamanlar diqqət çəkən tətbiqlərdən olan Fatch digər tətbiqlərdən fərqli olaraq sizin profilinizi ziyarət edənləri və bəyənənləri də göstərir. Bu tətbiq yaxın zamanda ən sevilən tətbiqlərdən biri olmaq yolunda irəliləyir. Hal-hazırda yalnız Android platformasında istifadə edilə bilən Fatchın tezliklə iOS sistemlərində də istifadə ediləcəyi gözlənilir.

2. Hot or Not

HAPP və Tinder qarışığı kimi bilinən tətbiq Hot or Not, həm yaxındakı insanları həm də təsadüfən qarşılaşdığınız insanları göstərə bilir. Beləcə bir məkanda görüb bəyəndiyiniz adamı tapmağı asanlaşdıran Hot or Not ən məşhur yoldaşlıq tətbiqlərindən biri kimi diqqət çəkir. (Android – iOS)

3. HAPP

GPS sistemiylə çalışan HAPP həm getdiyiniz yollardan keçmiş insanları həm də olduğunuz bölgədə yaşayan insanları göstərərək böyük ehtimalla ortaq zövqləriniz olan, eyni yerləri gəzməyi sevənləri birləşdirir. (Android – iOS)

4. Badoo

Artıq 100 milyondan çox insan tərəfindən endirilən tətbiqi milyonlarla insan hər gün aktiv şəkildə istifadə edir. Yenə yuxarıdakı nümunələrdəki kimi yaxın ətrafınızda olan və təsadüfən qarşılaşmış olduğunuz insanları göstərən Badoo, həm insanın həmin vaxt harada olduğunu həm də neçə dəfə qarşılaşdığınızı göstərir. (Android – iOS)

5. Tinder


Dostluq tətbiqi deyildiyində ilk ağla gələn Tinder həm təyin etdiyiniz uzaqlıqdakı insanları göstərir həm də Facebookdakı ortaq zövqlərinizi. Eyni zamanda Instagram profilini də bu tətbiqə birləşdirmək mümkündür.

Rəy bildir

Please enter your comment!
Please enter your name here