Əsas səhifə Biznes sahələri Texnologiya Ən gənc üzvü 75 yaşında olan start-up

Ən gənc üzvü 75 yaşında olan start-up

1053
Paylaş
Foto: (Soldan sağa) John Ellingson, Phil Dean, John Kittelberger və investor John Monett. 

“Infosci”, kiber hücumları əngəlləyəcək sistem üzərində çalışan və investor axtarışında olan bir təşəbbüs (start-up) şirkətidir. “Infosci”ni fərqləndirən isə qurucularının (banilərinin) yaşının 75 ilə 80 arasında olmasıdır.

Foto: (Soldan sağa) John Ellingson, Phil Dean, John Kittelberger və investor John Monett.

Təsisçilərdən 75 yaşlı John Ellingson, lisey məzunu bir iş adamıdır.

Qrupun ən yaşlısı Phil Dean 30 il ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatında (CİA) terrorla mübarizə ofisində çalışıb və tək təkərli velosiped istifadə etməyi sevir.

Cinayətkarları müəyyən etməkdə ixtisaslaşmış vəkil olan John Kittelberger  isə 75 yaşındadır.

“Infosci”, 2014-cü ildə ABŞ Personal Bürosuna (OPM) həyata keçirilən və 22 milyon amerikalının sosial müdafiə nömrələri ilə yeni və köhnə bütün işçilərin şəxsi məlumatlarının oğurlandığı kiber hücuma bənzər bir hücuma qarşı müdafiə təmin edəcək sistem üzərində çalışır.

Hackerler, OPM hücumunda, Büro işçilərinin bildiyi gizli kodları bilən etibarlı admin kimi davranıb sistemə sızmışdılar. “Infosci”, bu kodları saniyədə min dəfə dəyişə bilən bir proqram inkişaf etdirir.

Təhlilçilərə görə, dövlətin təhlükəsizlik əməliyyatlarında təcrübə toplamış şəxsin “Infosci”nin təsisçilərindən biri olması bu şirkəti digərlərindən fərqləndirir.

Ailə, dostlar və IT şirkəti “Nuvitek”dən aldığı 650 min dollar sərmayə ilə işləyən “Infosci”nin “gənc oğlanları” 1 Avqustda patent almağı gözləyirlər. Şirkətin əsas hədəfi isə “Dell” və ya “Google”ın sahibi Alphabet kimi sektorunun nəhəngləridir.