Əsas səhifə Məqalələr Maraqlı Ən çox qazanan futbolçuların siyahısı

Ən çox qazanan futbolçuların siyahısı

980
Paylaş

Portuqaliya yığması və İspaniyanın “Real” klubunun hücumçusu Kriştiano Ronaldo cari mövsümün ən çox qazanc əldə edən futbolçusu olub.

Bu barədə “France Football” jurnalı məlumat yayıb.

Reytinq futbolçuların maaşı, mükafatları və reklam gəlirləri əsasında hazırlanıb.

32 yaşlı portuqaliyalı mövsüm ərzində 87,5 milyon funt sterlinq qazanıb. İkinci yerdə “Barselona” klubu və Argentina millisinin hücumçusu Lionel Messi (76,5), üçdə isə onun komanda yoldaşı braziliyalı Neymar (55,5) qərarlaşıb.

Ən çox qazanc əldə edən məşqçilərin siyahısına isə “Mançester Yunayted”in baş məşqçisi Joze Maurinyo başçılıq edir. Ronaldonun həmyerlisi mövsüm ərzində 28 milyon funt sterlinq qazana bilib. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir (23,5). “PSJ”nin sabiq baş məşqçisi Loran Blan isə 20 milyon funt sterlinqlə üçüncü olub.