Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Ənənəvi üsulla enerji istehsalçılarının səhmlərinə investisiya qoyuluşu azalmaqdadır

Ənənəvi üsulla enerji istehsalçılarının səhmlərinə investisiya qoyuluşu azalmaqdadır

67
Paylaş

Ənənəvi üsulla, yəni neft, qaz və kömür istifadə etməklə enerji istehsal edən şirkətlərin səhmlərinə investisiyalar 2012-ci ildən bəri 11 trilyon ABŞ dolları azalıb.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı ekoloji təmiz enerji istehsalını təbliğ edən “Divest Invest” hərəkatı məlumat yayıb. Bildirilir ki, sözügedən məbləğ 2018-ci ildə qlobal kapital bazarının həcminin 16%-i qədər olub.

Ənənəvi üsulla enerji istehsalı nəticəsində baş verən iqlim dəyişikliyini qlobal təhlükə hesab edən investorların sayının 1 110-a çatdığı bildirilir. “Divest İnvest” bu rəqəmin 2020-ci ilin yekununda 2 020 olacağını, yatırımlardakı azalmanın isə 15 trilyon dollara çatacağını proqnozlaşdırır.