Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Əmanətlər qalxan faizlər ilə artıb – BİR AYDA 280 MİLYON MANAT

Əmanətlər qalxan faizlər ilə artıb – BİR AYDA 280 MİLYON MANAT

223
Paylaş

Dekabr ayında fiziki şəxslərin əmanətləri artıb. Qeyd edək ki, dekabr ayında bir sıra bank əmanət faizlərini qaldırıb. Eyni zamanda banklar əmanətlərin cəlbi üzrə müxtəlif kampaniyalar keçirmişdi.

“Bizplus.az” “Marja.az” – a istinadla bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, Noyabr ayı ilə müqayisədə Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 milyon manat) artaraq 8 milyard 269.7 milyon manat təşkil edib. Oktyabr və Noyabrda əmanətlərdə aylıq müqayisədə azalma baş vermişdi.

2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 milyon manat) artım olub.