Əsas səhifə Biznes sahələri Texnologiya Əməkdaşın işdən çıxmağa hazırlaşdığını müəyyən edən alqortim hazırlanıb

Əməkdaşın işdən çıxmağa hazırlaşdığını müəyyən edən alqortim hazırlanıb

46

ABŞ alimləri süni zəka əsasında alqoritm hazırlayıblar. O, işçilərin işdən çıxamağa hazırlaşdığını qabaqcadan müəyyən edə bilir. Bu proqram şirkət rəhbərlərinə həmin əməkdaşları dilə gətirib işdə saxlamağa və ya vaxtında yenisini tapmağa kömək edəcək.

Professorlar Brooks Holtom və David Allen maşın elminin alqoritmlərindən və çoxlu məlumatlardan istifadə edərək, əməkdaşın işdən çıxmaq planı barədə xəbər verən indikatorları təyi edən texnologiya hazırlayıblar.

Birinci indikator – kadrların şokedici dövriyyəsi. Adətən bu ya rəhbərliyin dəyişdirilməsi və ya səhmlərin dəyərinə təsir edən, KİV-də yer alan və ya hüquqşünasların diqqətini çəkən böyük bir satın almadır.

İkinci indikator – əməkdaşın işlədiyi təşkilatla əlaqəsi. Araşdırmaçılar əvvəlki iş yerlərinin sayı, son şirkətdə işləmə müddəti, bacarıqlar, təhsil, cins və yerləşdiyi ərazi kimi açıq məlumatlara əsaslanıblar. CNBC xəbər verir ki, üç aylıq araşdırma nəticəsində məlum olub ki, işçilərin təxminən 64%-i işini dəyişmək istəyir.

Yeni gələnlər üçün təlimi, HR işini və vaxt sərfiyyatını nəzərə alsaq, yaxşı əməkdaşın əvəzlənməsi şirkətə əhəmiyyətli dərəcədə maliyyə itkisi bahasına başa gələ bilər. Bunu Holtom bildirib. Açıq vakansiya ilə namizəd tapa bilməyən bəzi şirkətlər hər il təxminən 1 milyon dollara yaxın itirirlər.

Alimlər əmindirlər ki, bu texnologiya menecerlərə və işə götürənlərə əməkdaşlarının işdə əslində nəyə dəyər verdiklərini bilməyə kömək edəcək. O, həm də rəhbərlərə, boş vədlər deyil əsl rahat imkanlar yaratmaqla işçilərini işdə saxlamağa yola gətirməkdə yardımçı olacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here