“Əgər siz gərgin çalışırsızsa və qarşısınızda məqsəd varsa, pul avtomatik olaraq gələcək”-Müsahibə

Date:

Paylaş:

“Öz işini qurub  milyonçu oldu”. Son dövrlər dünyanın müxtəlif ölkələrində bu sözlərlə başlayan uğur hekayələrilə tez-tez rastlaşırıq. Azərbaycanda da çalışdığı iri şirkətdə işindən ayrılıb öz biznesi quranlar az deyil. Onlardan biri bank sektorundan, daha dəqiqi «Rabitəbank»dan ayrılıb öz işini quran Elmir Əliyevdir. Keçmiş bank işçisi, indi isə «The Band» şirkətinin təsisçisi ilə müsahibəni təqdim edirik.

Elmir müəllim, bank sektoru yaxşı iş yeri sayılır, burada maaşlar və inkişaf imkanları da böyükdür. Bəs niyə bankdan çıxmaq qərarına gəldiz?

– Hazırda kifayət qədər yaxşı platforma yaranıb ki, yeni trendləri sezib irəli atılan insanlar yaxşı imkanlar əldə etsinlər. Mən də bu fikirlə öz işimə başladım.

Həm rəqəmsal transformasiyanın fonunda həm də ölkə başçısı tərəfindən verilən bütün bu son sərəncamların  fonunda kifayət qədər yaxşı tendensiya yaranıb. Mən də düşündüm ki, korporativ həyat və korporativ iş prespektivləri mənim gözləntilərimi qarşılamaya bilər. Qərar verdim ki, bankdan çıxıb sahibkar kimi fəaliyyətə başlayım.

Elmir Əliyev
Elmir Əliyev

Şəxs biznesin olması bir sahibkar üçün nə deməkdir? Şəxsi biznesin olması nə kimi üstünlüklər verir?

– Mənim üçün istənilən işi görəndə sərbəst qərar vermək, sərbəst düşünmək və veriləcək qərarlara görə məsuliyyət daşımaq çox önəmlidir. Korporativ həyatda belə olmur. Siz korporativ həyatda sərbəst qərar verə bilirsiz lakin əslində o qərar sizin olmur  və  verəcəyiniz qərardan arxayın olursuz. Çünki bu qərarlar birbaşa sizə təsir etməyəcəyini düşünürsüz. Bu da şəxsi inkişafa bir növ limit olur. Amma sahibkar olanda düz və ya səhv fərqi yoxdu qərarları özünüz verib bunlardan qısa müddət ərzində dərs çıxara bilirsizsə istənilən halda uğur da daha sonra gəlir.

 
– Yeni işinizdə bankdakından çox gəlir gözləyirsiz?

– Qısa müddətdə qazancımın bankdakından çox olmasını gözləmirəm. Çünki bankda qazandığınız əmək haqqını ilkin olaraq biznesdə almaya bilərsiz. Uzun perspektivdə isə əziyyətinə dəyər. Məsələn, mən şəxsi biznesə başladığım anda bankda aldığım əmək haqqı məbləğində zərər etdim. Amma bunu nəzərə almışdım. Biznes o deyil ki, siz qısa müddətdə nə qədər qazanırsız. Buradakı perspektiv odur ki, siz daha uzun müddətə nə etmək istəyirsiz. Təcrübə göstərir ki, əgər siz gərgin çalışırsızsa və qarşısınızda məqsəd var ki, hər hansı məhsul, xidmət yaradasız, istənilən halda biznesinizə qoyduğunuz dəyərdən sonra pul avtomatik olaraq gələcək. Sadəcə problemləri rahat qarşılayıb rahat da yola salmalısız.

Yenidən bank sektorunda yüksək maaş təklif etsələr qayıdarsız?

– Bu təkliflər mənə həm çalışdığım müddətdə, həm də sonralar olub. Lakin indiki mərhələdə mənim qəti qərarım odur ki, əgər mən bu yolu tutmuşamsa bu yolun sonunda dəyərli məhsul yaratmalıyam. Biz hazırda bir neçə məhsul üzərində işləyirik. Servis xidmətlərimizlə yanaşı başqa innovativ məhsulumuz da var hazırda bot məhsulu üzərindən xidmət göstərməyə can atırıq. Yəni indiki mərhələdə korparativ həyata qayıtmaq kimi bir niyyətim yoxdur.

Bankda işləmək, yoxsa öz işni qurmaq – hansında risk daha çoxdur?

– Bankda işləmək və öz işini qurmaq perspektivləri insana, zamana və məkana görə dəyişir. Əgər yaxşı imkanlar yaranırsa və sizin seçə bildiyiniz hər hansı boşluqlar varsa ki, onu dolduraraq hər hansı mənfəət əldə edə bilərsiz və ya uzun perspektivdə məhsul və ya xidmət yarada bilərsiz – bu zaman şəxsi işinizi qurmaq önəmlidir. Amma stabillik baxımından və karyera yüksəlişi baxımından bank platforması da çox əla platformadır.

Hazırda bankda işləyən həmkarlarınıza nə məsləhət görərsiz, onlar da öz işlərini qursunlar?

– Məsləhət olaraq deyə bilmərəm ki, öz işlərindən ayrılsınlar, ya yox. Amma mən sizə bəlli olan bir statistikanı deyim ki, rəqəmsallaşma prosesləri nəticəsində yaxın 10-15 il ərzində mövcud bank işlərinin 3-dən 1-i olmayacaq. Bank əməkdaşlarının çoxunu süni intellekt və rəqəmsal alətlər əvəz edəcək. Bu istənilən halda buna gedir.

Elmir Əliyev
Elmir Əliyev

Hansı maaş alanlar daha çox öz biznesinə can atmaldırlar?

– Əgər maaşınız çoxalırsa, avtomatik olaraq siz şəxsi biznesiniz haqqında daha az düşünürsünüz. Çünki maaşın yüksək olması «komfort zona»da daha dərindən oturmağınız deməkdir. Maaş və vəsait çatışmamazlığı isə insalara hər dəfə nəsə yeni kəşf etməyə yönəldir. Ona görə hesab edirəm ki, şəxsi biznesinizə başlayacaqsızsa bunu maaşınızın artmasını gözləmədən edin.

Yeni yaratdığınız şirkət – «The Band» hansı xidmətləri təklif edir?

– Əvvəla izah edim, nə üçün «The Band»?! Çünki biz burada kifayət qədər koloritli əməkdaşları toplaya bilmişik öz ətrafımıza. Əməkdaşlarımız olduqca peşəkardılar.  Misal olaraqq User experienslər, user interfeyslə, bolt arxitekturu var bizdə. Bizim komandamızda lidlərin (internet üzərindən sifarişlərin) toplanması mütəxəssisi var. Koloritli komanda olduğumuz üçün fikirləşdik ki, adımızda ona uyğun olarqaq fərqli olsun.

Banklar üçün hansı xidmətləri göstərirsiz?

– Banklar üçün mobil tətbiqlərin interfeyslərinin və user exsperiensin hazırlanması ( yəni mobil tətbiqlər daxilində müştəri təcrübəsinin formalaşdırılması və onun interfeys olarq mövqelənməsi) xidmətini göstəririk.  Hazırda Azərbaycanda mobil bankçılıq sektorunda bankların 90% veb saytlar konsept və istiqamət olaraq təkrarlanır. Onlar tərtib olunarkən heç biri satış yönümlü olaraq tərtib olunmayıb. Amma indi dəyişən tendensiya artıq onu göstərir ki, artıq banklar da bu istiqamətdə daha çox müraciət edirlər. Artıq Azərbaycanda da banklarda internet üzərindən xidmətlərə üstünlük verirlər.
Bunun fonunda həm veb sayt olaraq, həm də mobil bankçılıq olaraq dəyişimlər istəyirlər ki, biz də məhz bu xidmətləri göstəririk.

Elmir Əliyev
Elmir Əliyev

– Necə fikirləşirsiz, hazırda Azərbaycanda hansı banklarının saytı daha müasir və yeniliyə yaxındır?

– Veb sayt yanaşmasında bizim bankların vaxtı ilə tətbiq etdikləri strategiya ondan ibarət olub ki, veb sayt interfeys olaraq və dizayn olaraq qəşəng olsun. Burda bankaların veb saytlarına görə seçim etmək zövq məsələsidir. İndi istifadəçilərin və biznes sahiblərinin istədikləri saytlar satış yönümlüdür. Burada minumum vaxt itkisi ilə istifadəçiyə məhsul haqqında maksumum məlumatın çatdırılması və günün sonunda da satışın həyata keçirlıməsi əsas məqsəddir. Məqsəd olaraq və konsept olaraq baxsaq mən veb saytlar arasında çox böyük fərq görmürəm. Demək olarki hamısı bir-birini təkrarlayır. Amma çox yaxında yeni konseptdə olan vebsaytları da görə biləcəyik bazarda.
Yeni konsept bizə yaxın olan Rusiya bazarında Tinkoff bankın timsalında görmək olar. Burada hər şey ona hesablanıb ki, satış tam olaraq veb sayt üzərindən reallaşsın. Bilirsiz ki, Tinkoff bankın mobil şöbəsi yoxdur. Bütün dünyada bankların üz tutduğu istiqamət budur.

Sizin şirkəti başqalarından fərqləndirən nədir?

– Bizi fərqləndirən əsas konsept odur ki, biz agile bir agentliyik. Bizim hər layihəyə insanlar «projekt base» olaraq cəlb olunurlar. Bəzi əməkdaşlırımız məsafədən çalışırlar. Misal olaraq Murad Zamanov hazırda Budapeştdə yaşayır, orda İT şirkətdə çalışır. Emin Həsənov Barselonada yaşayır və lid üzrə bizə konsultasiya verir. Biz layihələri internet üzərindən idarə edirik. Yəni fiziki iştirak olmadan da insanlardan geri dönüş ala bilirik. Bunun nəticəsində biz az xərc edir və müştəriyə də ucuz xidmət  təklif edirik. Bizi fərqləndiriən tərəflərdən biri budur. Bizi fərqləndirən digər tərəf visionumuzdur. Çalışırıq hazırda sırf rəqəmsal sektor və ölkə üçün faydalı ola bilən layihələr edək.

– Müştəriləriniz kimlərdir?

– Hazırda «Rabitəbank» və «Accessbank» var. Bir bankla da təkliflərin dəyərləndirlməsi üzrə son etapdayıq. Həmçinin bir çox şirkətlərin rəqəmsallaşma işlərini həyata keçirirk. Məqsədimiz olaraq dünyada trendə çevrilən «resurc and devolopment» mərkəzə çevrilməkdir. Yəni uzaqda olan işlərin görülməsi platformasını yaratmaqdır. Bu model son zamanlar Ukrayna və Hindistanda inkişaf edir.
Yəni veb və dijital layihələr üzrə ora çoxlu müraciət olunur. Bizm «The Band» olaraq əsas hədəfimiz burada etdiyimiz layihələri ölkəmizdə edərək xaricə satmaqdır.

– Azərbaycanda sizin xidmətlərdən təklif edən şirkətlər çoxdur?

– Bizim kimi şirkətlərdən ölkədə çoxdur. Amma yanaşma tərzi başqadır. Bizdə rəqəmsal məhsullara yanaşma tərzi fərqlidir. Həmçinin bizim bir yerə toplayacağımız komandanı Azərbaycanda heç bir belə bir şirkət bir yerə toplaya bilmir. Biz professionallarla yüksək şəkildə çalışırq və onların başqa işlərində maneçilik yaratmırıq. Hal-hazırda əsas komandamız 6 nəfərdən ibarətdir. Əlavə olaraq 4 üzvümüz də var ki, bizimlə məsafədən çalıışırlıar.
“The Band” mənim ideyamdır. Amma burda mən özümü CEO kimi qiymətləndirmirəm. Biz Agile komandayıq. Yəni hər kəsin gördüyü işlər eyni barəbər şəkildə bölünür. O baxımdan ideya mənim ola bilər. Amma bu ideyanı irəli aparan bütün komandadır.

Elmir Əliyev
Elmir Əliyev

Bot yaratmaq layihəniz nədən ibarətdir?

– Biz «bot boix» layihəsi üzərində çalışırıq. Bir ay ərzində regionda ilk dəfə olaraq mesenger botlarını tam olaraq yaradıb öz səhifənizə inteqrasiya ola biləck layihəni buraxacayıq. Azərbaycanda bunu ilk dəfə banklardan birində etmişdik, təşəbbüskarı da mən  idim. İndi mövzu ondan ibarətdir ki, biz elə platforma yaradırıq ki, artıq bot yaratmaq üçün İT komanadaya böyük investisiyaya ehtiyac olmayacaq. Daxil olacaqsız bizim platformaya, bank, kiçik biznes, tibbi xidmət – fərqi yoxdur, kateqoriyalar çox olacaq. Bizİm platformaya daxil olub qeydiyyatdan keçəcəksiz öz botunuzu yaradacaqsız və  öz səhifənizə qoşub satış xidmətinizi göstərə biləcəksiz.
Botun funksiyası mesencer üzərindən bütün bank əməliyytalarını həyata keçirmək olacaq. Biz bu sahədə banklara individual xidmət göstəririk. Hazırda hazırladığımız bot-box platformamız kiçik və orta biznes işinə çox yarayacaq. Çünki onların elə bir imkanları yoxdur ki, müştəri supportuna investisiya ayırsınlar. Ona görə onlar üçün çox aktual olacaq.

– Sahibkarlar arasında rəqəmsal xidmətlərə maraq göstərənlər var?

– Xırda sahibkarların bu istiqamətə hələ ki, təsəvvürü tam formalaşmayıb. Bu da ondan irəli gəlir ki, onlar bu xidmələrdən hələ ki, fayda görməyib. Bizim indi etrdiyimiz layihələrdə çalışacayıq ki, bizneslərə faydalar üzərindən satış  edək. Yəni siz fayda qazanırsız, sizə müştəri gəlir və siz bizə ödəniş edirsiz.

Azərbaycana belə xidmətlərin qiyməti necə dəyişir?

– Botlar üzrə xidmət də bir standart qiymət yoxdur. Botlar üzrə qiymətin nəinki Azərbaycanda bu platformanın regionda bir oxşarı yoxdur. Ona görə, bunun qiymətini deyə bilməyəcəm. Ümumi olaraq bizim “The Band” olaraq xidmətlərimiz 300 manat da ola bilər 30 min manat da ola bilər.

– Bildiyimizə görə, Avropa Yenidən Qurma və İnkişaf Bankında da çalışırsız

– Bəli, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kiçik və orta bizneslərə dəstək platforması çərçivəsində konsultantam. AYİB-in tövsiyə etdiyi bir neçə konsultantdan biriyəm ki, müəyyənləşmiş sektorlar üzrə bizneslərə konsultasiya xidmətləri verirəm.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...