Əsas səhifə Biznes Biznes ideyalar “Əgər “öz” ideyanızı tapsanız, ətrafınızda olan hər bir şey gül açacaq”

“Əgər “öz” ideyanızı tapsanız, ətrafınızda olan hər bir şey gül açacaq”

578

“UniFashion” brendinin sahibi olan 23 yaşlı milyoner  Semyon Kibalo, bir neçə ildir ki, “Fikirlərin ovçusu” adlı bir blog aparır. Dünyada səyahət etməklə, o, Rusiya bazarında realizə oluna biləcək onlarla biznes-ideya aşkar edib. Semyon Kibalo öz tapıntıları və həyat tərzi haqqında “Fikirlərin ovçusu” adlı kitabında danışır. Kitab MİF nəşriyyatında nəşr olunur. Fəsillərdən biri milyonluq dəyəri olan ideyaların yaratma prosesinə həsr olunub.

2013-cü ilin iyul ayında mən Silikon Vadisində yerləşən Google şirkətinin ofisində oturmuşdum və izləyicilərimdən gələn məktubları oxuyurdum: “Semyon, niyə biznes-ideyalarınızı pulsuz nəşr edirsiniz?”

Mənim verdiyim cavabım bir çoxlarını şok etmişdir: ideyaların heç bir dəyəri yoxdur. Tam olaraq 0 rubl 00 qəpik. Niyə bəs bəzi insanlar öz ideyaları ilə milyonlar qazanıblar?

Bu ideyanın qiymətləndirilməsinin və realizəsinin dəyəri var. Uğurlu realizənin vacib amillərdən biri, “sizin” ideyanızı tapmaqdır. Siz müxtəlif biznes-ideyaları nəzərinizdən keçirib, onun eynisini qura bilərsiniz, lakin bu heç bir nəticə verməyəcək.

“Sizin” ideyanız, sizi ruhlandırır və gündə iyirmi dörd saat işləmək üçün güc verir, əgər “öz” ideyanızı tapsanız, ətrafınızda olan hər bir şey gül acacaq.

Bəs “öz” ideyalarınızı haradan tapa bilərsiniz? Hər şey çox sadədir: onları yaratmağı öyrənmək lazımdır.

Biznes-ideyaları yaratmaq üçün üç yol:

– innovasiya;

-tamamlama;

– borc alma.

İnnovasiyalar çox vacibdir.

Onlar dünyanı dəyişdirirlər, onları yaradan insanlar isə başqaları üçün əfsanəyə çevrilirlər. Steve Jobs, Elon Musk, Mark Zuckerberg kimi tanımış şəxsləri misal göstərmək olar. Onlardan ilk iksi haqqında, çox güman ki, məlumatınız var. Elon Musk isə son dövrlərə qədər tanınmış insan olmamışdı. Elon-dünyada ən nəhəng ödəmə sistemi olan PayPal-in yaradıcısıdır.  Bu sistem 2002-ci ildə 1,5 milyard dollara satılmışdı. 2003-cü ildə isə Musk, Tesla Motors şirkətinin əsasını qoydu. Hal-hazırda, bu şirkət, yalnız elektron avtomobillərin istehsalı ilə deyil, kosmosa raketlərin buraxılması ilə də məşğuldur.

2013-cü ilin noyabr ayında mən paraşüt kursunda iştirak etmək məqsədi ilə Kaliforniyaya getdim. Orada olduğum zaman mən, Tesla şirkətinin təqdimatında iştirak edə bilmişdim. Bu avtomobil səssiz, zövqlü və ekoloji baxımdan təmizdir.

İnnovasiyalar çox vacibdir, lakin insanların əksəriyyətinə digər iki üsuldan istifadə etməyi tövsiyə edərdim.

Tamamlama rahatlıq yaradır

Bu, yeni funksiyaların əlavə olması və ya eyni məhsulun fərqli bazara çıxarılması ola bilər.

Bu üsuldan Peterburq şəhərindən olan bir sahibkar istifadə edib. O gördü ki, insanlar şokoladı onun dadlı və faydalı olduğu üçün deyil, gözəl görünüşünə görə alırlar. Bir müddət sonra, bu sahibkar, bir qrup dizayner komandasını yığaraq gözəl görünüşlü və dadlı şokoladların istehsalına başladı.

Digər bir misal isə naxışlı kişi corablarıdır. Bir zamanlar bu ideya mənim ağlıma gəlmişdir, amma mən onu realizə etmədim. Mənim ideyamdan başqa bir sahibkar istifadə etdi. Biz onunla 2012-ci ildə Tailandda tanış olmuşduq. Kim bilə birlərdi..

2013-cü ildə yeni dəb bazarı “partlatdı”. İlk aylardan başlayaraq şirkətin dövriyyəsi milyonlara çatmışdır. Onlar nə etdilər? Sadəcə adi qara kişi corablarına yenilik əlavə etdilər.

Borc alma-ilk növbədə adaptasiyadır

Bir gün mənim ağlıma çox maraqlı bir ideya gəldi. Üzərində universitetlərin adları olan köynəklər istehsal etmək istədim. Həmin gün mənim üçün yadda qalan olmuşdur.

İnternetdə belə bir köynəkləri mənə sata bilən heç bir mağaza tapa bilmədim. Və mən hər şeyi özüm etdim. Özüm üçün. Sonrakı dövrdə artıq başqaları üçün də etməyə başladım. Bu ideyanı mən ABŞ-da olarkən götürmüşdüm və qarşımda duran yeganə məsələ onların Rusiya bazarlarına çıxarılması idi.

 

İdeyaları kopyalamaq – iflasa aparan yoldur

Borc alma ilə köçürmə eyni deyil və siz bu iki anlayış arasındakı fərqləri hiss etməlisiniz. Hər hansısa ideyanı köçürdüyümüz zaman, bütün gücümüzü rəqibləri izləməyə yönəldirik. Bu çox enerji alır.

Buna misal olaraq yeni nəsil əlqurudanları  misal göstərmək olar. Dyson ingilis şirkəti yeni əlqurudan istehsal etmişdir. Bu qurğu, əllərinizi 10 saniyəyə tamamilə qurutmuş olurdu.  İlk dəfə belə bir şey 2011-ci ildə Amsterdamda görmüşdüm. 2013-cü ildə bir çox şirkətlər bu ideyanı köçürərək ucuz və keyfiyyətsiz əlqurudanların istehsalına başladılar. Buna görə, onlar hər zaman öz rəqiblərindən geri qalırdılar.

İdeyalar yaratma prosesi

Ən yaxşı ideyalar, digər iki özgə ideyanın kəsişməsindən yaranır. İdeyaları yaratmaq istəyirsinizsə, aşağıda göstərilənləri etməlisiniz:

-maraqlı insanlarla ünsiyyət qurmaq

-daha çox kitab oxumaq

-ixtisaslaşmaya aid blogları izləmək

-mentor tapmaq

-səyahət etmək

-hər dəfə özünüzə sual verin: “Bunu necə təkminləşdirə bilərəm?”

-fikirlərinizi qeydə alın

Unutmayın ki, sizi əhatə edən hər bir şey sizin kimi insanlar yaradıb. Hər bir insan bu dünyaya yenilik gətirə bilər. Bundan gözəl nə ola bilər ki? Siz də buna qadirsiniz.

 

 

 

1 rəy

  1. 789774 714521Hi, Neat post. Theres a issue along with your site in internet explorer, could test this IE nonetheless could be the marketplace leader and a excellent portion of folks will omit your outstanding writing because of this problem. 351806

Rəy bildir

Please enter your comment!
Please enter your name here