Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Əgər ərzaq qiymətləri artmağa davam edərsə, ağır humanitar böhran yarana bilər”

“Əgər ərzaq qiymətləri artmağa davam edərsə, ağır humanitar böhran yarana bilər”

43

“Əgər ərzaq qiymətləri bu şəkildə artmağa davam edərsə, dünya əhalisinin yarıdan çoxunu əhatə edəcək ağır humanitar böhran yarana bilər”.

“CNBC”-yə istinadən xəbər verilir ki, bu barədə Yaponiyanın “Nomura” maliyyə xidmətinin hesabatında bildirilib.

“Qida məhsullarının bahalaşmasına qarşı ən həssas ölkələr dünya iqtisadiyyatının çox az hissəsinə sahib olsalar da, dünya əhalisinin böyük bir hissəsini təşkil edirlər. Ərzaq məhsullarının bahalaşması iqtisadi tənəzzülə səbəb olmasa da, qlobal humanitar böhrana səbəb ola bilər”, – deyə, Nomura analitikləri qeyd ediblər.

Məlumata görə, risk altındakı 50 ölkə qlobal ÜDM-nin 26,1%-ni təşkil etsədə, dünya əhalisinin 59,1%-ni təşkil edir.

Xatırladaq ki, “Nomura”nın böhran qarşısında ən həsas ölkələri sıraladığı “Qida İndeksi”ndə ilk beşlikdə Liviya, Tacikistan, Qaradağ, Suriya, Cezayir qərarlaşıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here