Əsas səhifə Məqalələr Fərdi inkişaf Əfsanəvi Məhəmməd Əlidən motivasiya sözləri

Əfsanəvi Məhəmməd Əlidən motivasiya sözləri

511
Paylaş

 

Böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan.

Elə olmasan belə, elə imişsən kimi davranmalısan.

İdmanda uğur çalşmaqdan əlavə istəməklə olur.

Yuxularınızı gerçəkləşdirməyin ən yaxşı yolu yuxudan oyanmaqdır.

Çempionlar salonlardan çıxmaz.

Çempionlar içlərində həvəs, xəyal və məqsəd olan insanlardan çıxar.

O qədər sürətliyəm ki, otağımda işiğı söndürməyə qalxdığımda, işıq sönmədən oturduğum yerə qayıda bilirəm.

Kaş ki insanlar hər kəsi məni sevdikləri kimi sevsəydilər. Dünya çox daha gözəl bir yer olardı.

Xəyal gücü olmayan insanın qanadları yoxdur.

Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.

Evdə yaxşı bir insanam, amma dünyanın bunu bilməyini istəmərəm. Çünki, anladığım qədərilə təvazökar insanların qabağı çox da açıq olmur.

Bir həyatımız var, yaxında keçmişdə qalacaq. Yalnız Allah üçün etdiklərimiz sonsuza qədər qalacaq.

Kəpənək kimi uçaram, arı kimi sancaram.

Tək edə biləcəyim şey doğruluq və dürüstlük üçün savaşmaq. Heç kimin həyatın xilas edə bilmərəm. Superman bir fantastika xarakteri daşıyır, amma mən gerçəyəm.

Bir çox qara insanın başı dərddədir. Amma onlar azad olmadıqca mən də azad ola bilmərəm.

Risk altına girəcək qədər cəsur olmayan biri həyatda heç bir şey bacara bilməz.

50 yaşına çatdığında həyatı 20 yaşında gördüyü kimi görən biri, 30 ilini məhv etmiş deməkdir.

İki zənci adamın döyüşünü bir çox ağ adamın izləməsinə boks deyilir.

Yaxşı bir cavab ağlına gəlməyənə qədər susmaq qızıldır.

Hər gün son günün imiş kimi yaşa, çünki bir gün həqiqətən elə olacaq.

Bu da sadə bir işdir. Otlar böyüyər, quşlar uçar, dəniz dalğalanar. Mən də insanları döyərəm.

Çətinliklər məni əsla qorxuda bilməz, çünki mən imkansıza heyranam.

Mənim qədər möhtəşəm bir insan olduğunuz zaman sıradan bir insan olmaq çətindir.

Səni məhv edən, önündəki dırmanılacaq dağlar deyil, ayaqqabındakı çınqıl daşıdır.

Mümkünsüz, özlərinə verilən dünyanın içində yaşamağı, onu dəyişdirmək üçün lazım olan enerjini kəşf etməkdən daha asan hesab edən insanların ortaya attığı böyük bir sözcükdür.

Böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan.

 

Nüsrət XƏLİLOV