Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri ƏDV və aksizlər üzrə vergi aprelin 22-sinə qədər ödənilməlidir

ƏDV və aksizlər üzrə vergi aprelin 22-sinə qədər ödənilməlidir

129
Paylaş
Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Əlavə Dəyər vergisi və aksizlər üzrə hesabat aprelin 22-sinə qədər ödənilməlidir.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.